Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.
Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 28 yaşlı laborantı Darya Şipilova vəfat edib.
Mətbuatda yayılmış qeyri-rəsmi məlumatlara görə, Şipilova iş yerində yoluxduğu ağciyər taunundan vəfat edib. İddialara görə, o, sentyabrın 25-də ağciyər taunu törədicisi olan sınaq şüşəsini qırıb. Bundan qısa müddət sonra o, özünü pis hiss edib və ardınca Şelexov rayon xəstəxanasına yerləşdirilib. Orada üç gün qalsa da, həyatını xilas etmək mümkün olmayıb.
İddialara görə, Şipilova ilə təmasda olmuş təxminən 200 nəfər müayinə edilərək karantinə alınıb. Vilayətdə bir neçə klinik xəstəxananın, doğum evinin, həmçinin uşaq klinik xəstəxanasının karantinə bağlandığı, bəzi müəssisələrdə maska taxılmasına göstəriş verildiyi bildirilir.
İrkutsk qubernatoru İqor Kobzev Rusiyanın baş sanitar həkimi Anna Popova ilə görüş keçirdiyini açıqlayıb. O, görüşə səbəb kimi region sakininin "xüsusilə təhlükəli infeksiya"ya yoluxması ilə bağlı şübhəli hal haqqında məlumatı göstərib. Kobzev epidemiya əleyhinə tədbirlərin tam kompleksinin həyata keçirildiyini, xəstə ilə təmasda olmuş şəxslərin tibbi nəzarətə alındığını qeyd edib.
Qonşu Buryatiya Respublikasının rəhbəri Aleksey Tsıdenov da institut əməkdaşının taundan vəfat etdiyini açıqlayıb.
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidmətindən ("Rospotrebnadzor") isə xəstənin "mənşəyi məlum olmayan pnevmoniya"dan vəfat etdiyi bildirilib. Yerli hökumət orqanları Şipilovada peşə fəaliyyəti ilə bağlı mikroorqanizmlər aşkar edilmədiyini bəyan ediblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 120 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?
"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə
11:33 169 Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
10:03 159 "Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 139 Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır
ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd
04.10.2026 251 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 285 Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
04.10.2026 248 "Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi"
Müğənni Pünhan Piriyev bir neçə gün əvvəl keçirilən toyuna Xalq artisti Alim Qasımovu da dəvət etdiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi xanəndə ilə aralarında keçən söhbəti danışıb. O bildirib ki, A.Qasımov toya gəlmək üçün pul istəyib:. "Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zən
12:12 210 Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. BİG.AZ xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxal
09:53 145 "Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"
"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca
12:35 133