Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər".
Bunu BiG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib.
O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşaq sahibi olmaq üçün müraciət edən qadınlarda reproduktiv imkanların qiymətləndirilməsi daha diqqətlə aparılır. Bu baxımdan yumurtalıq rezervinin müəyyənləşdirilməsi hazırda aktual məsələlərdən biridir:
"Bu zaman qadından yumurta hüceyrələri götürülərək dondurula və gələcəkdə istifadə üçün saxlanıla bilər. Lakin təəssüf ki, bu üsul qadına gələcəkdə mütləq ana olacağına zəmanət vermir. Bu, sadəcə gələcək üçün əlavə reproduktiv imkan yaradır və heç bir halda 100 faiz sığorta kimi qiymətləndirilməməlidir.
Təəssüf ki, bəzən elm və texnologiyanın təqdim etdiyi bu imkan yanlış başa düşülür. Yumurta hüceyrələrinin dondurulması bütün qadınların gələcəkdə, yaşlandıqdan sonra mütləq ana ola biləcəyinə zəmanət vermir.
Bu üsul daha çox təhsil və karyera planları olan, ailə qurmağı gələcəkdə düşünən və hazırda hamiləlik planlaşdırmayan qadınlar üçün müəyyən imkan yaradır.
Ona görə də yumurta hüceyrələrinin dondurulmasına "onsuz da nə vaxtsa evlənəcəksiniz" yanaşması ilə baxmaq düzgün deyil. Burada məqsəd qadına gələcəkdə ana olmaq üçün zəmanət vermək deyil, onun reproduktiv seçimlərini müəyyən qədər genişləndirməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 125 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEfiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat
Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia
10:54 156 Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind
11:24 153 Yəməndə husilərə qarşı müharibə illərlə davam edəcək
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin husilərin nəzarətində olan əraziləri geri almaq üçün başladığı hərbi əməliyyat uzun və çətin ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Royal United Services Institute"in beynəlxalq təhlükəsizlik üzrə əməkdaşı Bara
12:13 145 Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır
ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd
04.10.2026 251 "Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 146 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
15:48 0 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
15:00 94 "Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi"
Müğənni Pünhan Piriyev bir neçə gün əvvəl keçirilən toyuna Xalq artisti Alim Qasımovu da dəvət etdiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi xanəndə ilə aralarında keçən söhbəti danışıb. O bildirib ki, A.Qasımov toya gəlmək üçün pul istəyib:. "Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zən
12:12 235 İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu
10:41 173