Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?

Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib.

Mövzu iə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycanda "hicab qadağası" başlıqlı xəbərlər, təəssüf ki, bir sıra müsəlman ölkələrinin informasiya resurslarında geniş şəkildə yayılıb. Ən diqqətçəkən məqamlardan biri isə bu xəbərlərin yayılmasında Türkiyədəki müəyyən media resurslarının rolunun olduğu barədə iddialardır. Aksiyanı təşkil edən ÖZGÜR-DER-in Türkiyədəki siyasi dairələrlə əlaqələri və mövqeyi də bu kontekstdə müzakirə olunur:

"Bu məsələ şəxsən məni ciddi narahat edir. Çünki ortada qeyri-müəyyənlik və cavabsız suallar var.

Məsələn, Azərbaycanda həqiqətən hicab qadağası varmı?

Azərbaycan Nazirlər Kabinetinin məktəbli geyimləri ilə bağlı qərarına nəzər saldıqda sənəddə "hicab qadağandır" ifadəsinə rast gəlinmir. Buna baxmayaraq, ictimai və informasiya məkanında "hicab qadağası" anlayışı formalaşıb.

Daha sonra bəzi məktəblərdə hicablı qızların dərsə buraxılmadığını göstərdiyi iddia edilən görüntülər sosial şəbəkələrdə geniş şəkildə yayıldı. Bununla yanaşı, mən şəxsən hicablı uşaqların məktəbə gedib-gəldiyini müşahidə edirəm. Hətta maraq göstərərək onların oxuduqları məktəblərdən birinə qədər getmiş və uşaqların məktəbə daxil olduqlarının şahidi olmuşam.

Məhz bu ziddiyyətli mənzərə rəsmi qurumların məsələyə aydınlıq gətirməsini zəruri edir. Hesab edirəm ki, aidiyyəti qurumlar konkret və əhatəli açıqlama verməli, cəmiyyətdə yaranan suallara cavab təqdim etməlidirlər.

Çünki məsələnin mümkün sosial və siyasi fəsadları ciddi ola bilər.

Birincisi, yaranmış qeyri-müəyyənlik inanclı şəxslərin dövlətə münasibətinə mənfi təsir göstərə və onların müxtəlif xarici təsir dairələrinə yönəlməsi riskini artıra bilər.

İkincisi, bəzi şəxslər dini inanclarını mövcud qanunvericilikdən üstün tutaraq övladlarını formal təhsildən uzaqlaşdıra bilərlər.

Üçüncüsü, valideynlərin övladlarını qeyri-formal dini təhsil müəssisələrinə və ya xarici ölkələrdəki dini təhsil ocaqlarına göndərməsi ehtimalı da nəzərdən keçirilməlidir.

Məsələnin digər tərəfi isə Azərbaycanın beynəlxalq imicinə təsir məsələsidir.

İranın uzun illərdir din amilindən istifadə etməklə Azərbaycana təsir göstərməyə çalışdığı barədə müxtəlif müzakirələr mövcuddur. Dövlətin bu istiqamətdə apardığı siyasət fonunda isə İranın ölkəmizdəki təsir imkanlarının məhdudlaşdırıldığı müşahidə olunur.

Lakin hazırda vəziyyət fərqli bir risk yarada bilər. Mənbəyi və hüquqi əsası aydın olmayan "Azərbaycanda hicab qadağası var" iddiasının müxtəlif ölkələrin informasiya məkanında geniş yayılması nəticəsində müsəlman dünyasında ölkəmiz haqqında yanlış təsəvvür formalaşa bilər.

Nəzərə almaq lazımdır ki, Azərbaycana ərəb və digər müsəlman ölkələrindən hər il çoxsaylı turistlər gəlir. Bundan əlavə, son illərdə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrdən Azərbaycana investisiya marağı da artıb.

Bu baxımdan, dini məsələlərlə bağlı yanlış və ya təsdiqlənməmiş məlumatların geniş yayılması ölkənin turizm və investisiya imicinə də mənfi təsir göstərə bilər.

Ona görə də məsələni uzatmaq əvəzinə, aidiyyəti dövlət qurumlarının hüquqi vəziyyətə dair aydın və birmənalı mövqe ortaya qoyması vacibdir. Əgər hicabla bağlı hər hansı məhdudiyyət yoxdursa, bu, rəsmi şəkildə izah edilməli və cəmiyyətdə yaranan suallara aydınlıq gətirilməlidir.

Çünki belə məsələlərdə informasiya boşluğu nə qədər uzun davam edərsə, onun müxtəlif qüvvələr tərəfindən fərqli məqsədlərlə şərh olunması ehtimalı da bir o qədər artır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 132   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 246
.

Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind

11:24 139
.

B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı

ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç

10:35 143
.

Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin

11:04 139
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 247
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

04.10.2026 226
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

04.10.2026 250
.

Bu məktəblərdə distant təhsilə keçilir - AÇIQLANDI

Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişa

12:00 208
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

13:46 64
.