Ukraynaya yeni yardım: "Rusiya ilə belə zarafat etmək olmaz"

Ukraynaya yeni yardım: "Rusiya ilə belə zarafat etmək olmaz""Almaniya Ukraynaya uzunmənzilli silahlar və zərbə dronlarının daxil olduğu yeni hərbi yardım paketi təqdim edəcək, həmçinin enerji sektoruna 350 milyon avro ayıracaq.

Almaniya kansleri Fridrix Merts bunu Kiyevdə keçirilən və "Phoenix" telekanalı ilə yayımlanan mətbuat konfransında bildirib.
"Biz təxminən 1 milyard avro dəyərində növbəti hərbi yardım paketini işə salırıq. Reaktiv pilotsuz uçuş aparatlarına qarşı dronların birgə istehsalı üçün vəsait ayırırıq. Biz Ukraynaya Rusiya atıcı qurğuları ilə mübarizə apara bilməsi üçün uzaqmənzilli silahlar, zərbə dronları və peyk texnologiyaları təqdim edirik.
Qışdan əvvəl enerji sektoruna 350 milyon avro məbləğində yardım göstəririk. Bu vəsait generatorların alınmasına, transformator yarımstansiyalarına və zəruri təmir işlərinə yönəldiləcək", - deyə Merts bildirib.
Qeyd edək ki, oktyabrın 4-də Merts və Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe qəfildənamış səfərlə Kiyevə gəliblər. Almaniya hökumətindəki mənbələr DPA agentliyinə bildiriblər ki, Almaniya hökuməti Ukraynaya minlərlə dron verməyi və uzaqmənzilli silahların istehsalı ilə bağlı razılaşmanı yekunlaşdırmağı planlaşdırır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Avropa İttifaqı və Böyük Britaniya müharibənin davam etməsində maraqlı olduqlarını gizlətmirlər və bunun üçün ciddi cəhdlə çalışırlar:

Ukraynaya yeni yardım: "Rusiya ilə belə zarafat etmək olmaz""Burada Almaniyanın kansleri Fridrix Mers həddindən artıq canfəşanlıq nümayiş etdirir. Onun əsas məqsədi Rusiyanın daha çox zərbə alması və zəifləməsidir. Lakin burada Mersin hisslərə və emosiyalara qapıldığını görürük. Çünki Almaniya və digər ölkələr Ukraynaya nə qədər köməklik göstərsələr də, ön cəbhədəki qarşıdurmada Kiyev heç vaxt təşəbbüsü tam ələ ala bilməyəcək. Taktiki baxımdan hansısa uğurlu gedişlər ola bilər, hətta Rusiyanın dərinliklərində müəyyən tədbirlər həyata keçirə bilərlər. Sırf texniki və texnoloji baxımdan Ukraynanın təkbaşına belə əməliyyatlar keçirmək imkanlarının olmadığı sirr deyil. Uzaq aviasiya təyyarələrinin vurulması, dronlarla Rusiyanın daxilində hazırlğın görülməsi və komponentlərin sərhəddən keçirilməsi kimi əməliyyatlarda Qərbin, xüsusən də Böyük Britaniyanın iştirak etdiyi bəlli idi. İndi isə Almaniya bu prosesə öz töhfəsini verməyə çalışır".

Analitik qeyd edib ki, Qərb görür ki, Donald Tramp artıq sülh prosesində və vasitəçilikdə təslim olmaq üzrədir, ona görə də Fridrix Mers əks-hücuma keçir:

"Düşünmürəm ki, bu proses Ukraynaya böyük bir töhfə gətirsin. Bəlkə Rusiyanın hücumlarının qarşısı nisbətən alına bilər, lakin bu, Kiyevin təşəbbüsü ələ alması demək deyil.  İstisna etmirəm ki, Almaniya kansleri Fridrix Mers artıq "qırmızı xətləri" keçir. Faktiki olaraq, müharibənin Ukrayna torpağında Rusiya ilə Qərb arasında getdiyi bəllidir. Bu savaşın bütün ağır nəticələri isə Ukrayna xalqının üzərinə düşür. 52 milyon əhalisi olan ölkədə indi təxminən 22 milyon insan qalıb və kişilər məcburi şəkildə müharibəyə aparılır".

Müsahibimizin fikrincə, Almaniyanın belə riskli addımlar atması onun özü üçün də təhlükə yaradır:

"Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Ukrayna üçün silah-sursat istehsal edən və canfəşanlıq göstərən ölkələrin istehsal gücləri, şəhərləri və yaşayış məntəqələri hədəfə çevrilə bilər. Fridrix Mers bu fəallığı davam etdirərsə, Rusiya ilə Almaniya arasında birbaşa qarşıdurma yarana bilər. Ekspertlər də bildirirlər ki, bu ssenari qeyri-real deyil; Rusiya ilə Avropanın, xüsusilə də Almaniyanın üz-üzə gəlmək ehtimalı var. Bu iki ölkə arasında tarixi ziddiyyətlər və İkinci Dünya müharibəsinin xatirələri var, lakin yeni nəsil ümumiyyətlə müharibə istəmir. Ukraynada da gənclər Qərbin fitvasına getmək istəmədiklərini bildirirlər. Əlbəttə, Rusiyanın da burada böyük günahı var, lakin Ukraynanı müharibəyə hazırlayan Qərb - Böyük Britaniya, Fransa, Almaniya, Çexiya və Polşa kimi ölkələr idi".

Tofiq Abbasov əlavə edib ki, münaqişənin beynəlxalq müstəviyə keçməməsi üçün kansler Mers daha ehtiyatlı davranmalıdır:

"Britaniya rəhbərliyi Ukraynaya kömək edəcəyini desə də, bu yardımlar Ukrayna xalqını daha dərin bir böhrana sürükləyir. Müharibə artıq 5 ildən çoxdur ki, devam edir. İnsanlar və cəmiyyət yorulub, çatışmazlıqlar, logistikanın pozulması və dövlətin suverenliyini qoruya bilməməsi kimi ciddi problemlər yaranıb. Rusiya ilə bu cür zarafat etmək olmaz. Mers hisslərini cilovlamalı və Rusiya ilə danışıqlar masasına əyləşməyi məqbul saymalıdır. Əvvəllər Vladimir Putin Mersin zənglərinə cavab verməkdən yayınsa da, indi konyunktura dəyişib və Mersin özü Putinlə danışmaqda maraqlıdır. ABŞ diplomatiyasının bu vəziyyətə necə reaksiya verəcəyini isə zaman göstərəcək".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

04.10.2026 248
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

04.10.2026 236
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

04.10.2026 247
.

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"

"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca

12:35 86
.

Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?

"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə

11:33 148
.

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. BİG.AZ xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həla

09:58 136
.

"Müəllimlərin işi azalmayıb, əksinə artıb"

"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl

12:30 89
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

13:07 226
.

Bu məktəblərdə distant təhsilə keçilir - AÇIQLANDI

Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişa

12:00 183
.