Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəyi dəyişəcək?"

Bunu BiG.AZ-a açıqamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, əslində, burada müəllimin sinifdən çıxarılıb yerinə kompüter qoyulmasından söhbət getmir. Heç kim robotu sinfə gətirib "Uşaqlar, bu gündən müəlliminiz budur" deməyə hazırlaşmır. Məsələ daha dərindir:

"Əgər süni intellekt müəllimin hazırladığı dərsi, verdiyi tapşırığı, yoxladığı işi, tərtib etdiyi testləri, fərdi yanaşmanı və hətta şagirdin hansı mövzuda çətinlik çəkdiyini müəyyənləşdirmək imkanlarını dəyişirsə, deməli, müəllimin iş üsulu da dəyişməlidir.

Bu baxımdan "süni intellekt müəllimi əvəz etməyəcək" cümləsi bir qədər yarımçıq səslənir. Daha doğru sual budur: süni intellektdən istifadə edən müəllimlə ondan istifadə etməyən müəllim arasında sabah hansı fərq olacaq?

Texnologiya heç kimi birdən-birə işsiz qoymaya bilər. Amma texnologiyadan istifadə etməyən mütəxəssisi tədricən peşəkar rəqabətdə geridə qoya bilər.

Bir vaxtlar kalkulyatorun gəlməsindən də narahat idilər. Sonra kompüter, elektron jurnal və internet məktəblərə daxil oldu. Müəllimlər buna görə yoxa çıxmadılar. Əksinə, müəllimin işi dəyişdi.

İndi isə süni intellekt müəllimin qarşısında daha ciddi bir sual qoyur: şagird əzbərləməli olduğu məlumatı süni intellektdən bir neçə saniyə ərzində əldə edə bilirsə, müəllim ona nə öyrədəcək?

Məsələn, tarix dərsində müəllim müəyyən hadisənin tarixini izah edir. Şagird isə həmin anda süni intellekt vasitəsilə hadisənin tarixini, səbəblərini, nəticələrini, hətta müxtəlif tarixçilərin mövqelərini öyrənə bilir.

Belə vəziyyətdə müəllimin əsas funksiyası məlumatı şagirdin yaddaşına yükləməkdən daha çox, ona məlumatı seçməyi, yoxlamağı, müqayisə etməyi, təhlil etməyi və nəticə çıxarmağı öyrətmək olacaq.

Məhz burada müəllimin əsl gücü ortaya çıxır. Süni intellekt şagirdə cavab verə bilər, amma onun xarakterini formalaşdırmır. Şagirdin gözünün içinə baxıb onun niyə susduğunu, niyə özünə qapandığını və ya hansı sözə görə incidiyini hər zaman anlaya bilməz. Müəllim isə bunu görə bilər - əgər diqqət yetirirsə.

Ona görə də süni intellekt müəllimi əvəz etməyə bilər. Amma müəllimin bəzi ənənəvi funksiyalarını əvəz edə bilər. Məlumat toplamaq, mətn hazırlamaq, test tərtib etmək və müəyyən tip tapşırıqları yoxlamaq kimi işlərin böyük hissəsini maşın artıq daha sürətli yerinə yetirə bilir.

Bunu görməzlikdən gəlmək isə "müəllim əvəzolunmazdır" deməklə problemi həll etmir.

Ən maraqlısı da budur ki, süni intellekt bəlkə də müəllimi deyil, köhnə müəllimlik modelini əvəz edə bilər.

Sinfə girib dərsliyi açmaq, mətni danışmaq, şagirdə əzbərlətmək və daha sonra həmin əzbəri imtahanda yoxlamaq modeli getdikcə öz əhəmiyyətini itirir. Çünki süni intellekt dövründə şagird məlumatı müəllimdən əvvəl də tapa bilir.

Deməli, gələcəyin müəllimi süni intellektlə yarışan müəllim olmayacaq. Ondan istifadə etməyi bacaran müəllim olacaq. Süni intellekt müəllimin düşməni deyil, düzgün istifadə edildikdə onun ən güclü köməkçilərindən biri ola bilər.

Amma bunun üçün bir şərt var: müəllimin özü də öyrənməyə davam etməlidir. Çünki texnologiya artıq məktəbə daxil olub. İndi növbə məktəbin texnologiyanı necə idarə etməyi öyrənməsinə çatıb.

Və burada ən vacib məsələ ortaya çıxır: süni intellekt müəllimi əvəz etməyəcək. Amma süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimin işini bir gün həqiqətən çətinləşdirə bilər.

Məsələ məhz bundan ibarətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 95   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 126
.

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"

11:36 123
.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində

10:25 207
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 283
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 355
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 340
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətl

05.10.2026 351
.

Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları

Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini

05.10.2026 282
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 232
.