Yandırılmağa gətirilən meyit dirildi
Tailandda kremasiyaya gətirilən qadın tabutun dirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, pikapın yük yerində ağ tabutda uzanan qadın əllərini və başını azca tərpədib. Bu isə məbəd işçilərini çaşqın vəziyyətə salıb.
Məbədin rəhbəri Payrat Sudthup bazar ertəsi bildirib ki, 65 yaşlı qadını qardaşı kremasiya üçün Pitsanulok vilayətindən gətirib. Onun sözlərinə görə, məbədin xidmətçiləri tabutun içindən zəif döyüntü səsi eşidiblər:
"Bir qədər təəccübləndim və onlardan tabutu açmağı xahiş etdim, hər kəs heyrətə gəldi. Gördüm ki, o, gözlərini bir az aralayıb və tabutun divarına əllərini çırpır".
Payratın sözlərinə görə, qadının qardaşı bildirib ki, bacısı təxminən iki il yataq xəstəsi olub, sonra onun səhhəti pisləşib və o, baş verənlərə reaksiya verməyi dayandırıb. İki gün əvvəl isə, nəfəs almağı tamamilə dayanıb. Bundan sonra qardaş onu tabuta qoyub və qadının daha əvvəl orqanlarını bağışlamaq istədiyini bildirdiyi üçün Bangkoka, 500 kilometr məsafədəki xəstəxanaya yola düşüb.
Payratın dediyinə görə, xəstəxana qardaşın müraciətini qəbul etməyib, çünki onun rəsmi ölüm şəhadətnaməsi olmayıb. Məbəd isə pulsuz kremasiya xidməti təqdim etdiyindən qardaş bazar günü onlara müraciət edib, lakin sənəd olmadığı üçün burada da ona imtina verilib.
Məbədin idarəedicisi bildirib ki, o, qardaşa ölüm şəhadətnaməsini necə əldə etməyi izah etdiyi vaxt tabutun qapağından döyüntü səsi eşidilib. Sonra onlar "dirilən" qadını yoxlayaraq yaxınlıqdakı xəstəxanaya göndəriblər.
Payrat Sudthupun sözlərinə görə, məbəd qadının tibbi xərclərini öz üzərinə götürəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 657 Tarix: 25 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə avtomobil 7 yaşlı piyadanı vuraraq öldürüb
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Çöl-Ərəb kəndində qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Ağı
22.03.2026 240 Tramp ABŞ hava limanlarına polisi göndərəcəyi ilə hədələyib
"Demokratlar Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrinin maliyyələşdirilməsi ilə bağlı razılaşmanı qəbul etməsələr, miqrasiya polisi ABŞ hava limanlarına göndəriləcək". "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. ABŞ lideri vurğulayı
22.03.2026 275 ABŞ-nin İranla müharibəyə çəkdiyi xərc bilindi
ABŞ-nin İrana qarşı əməliyyatının dəyəri 27 milyard dolları keçib. xəbər verir ki, "Iran War Cost Tracker" portalı bu iddia ilə çıxış edib. Portal personalın, gəmilərin təminatı, habelə digər əlaqədar xərclərin ödənilməsi üçün zəruri olan vəsaitləri real vaxt rejimində hesablayır. Hesablam
22.03.2026 260 Yaponiya HDQ mina təmizliyi üçün Hörmüz boğazına göndərilə bilər
Yaponiya hökuməti İran tərəfindən minalanmış Hörmüz boğazının minalardan təmizlənməsi üzrə əməliyyatların keçirilməsi üçün Milli Özünümüdafiə Qüvvələrinin cəlb edilməsi ssenarisini istisna etmir. "Report" xəbər verir ki, bu barədə "Fuji TV"nin efirində Yaponiyanın xarici işlər nazir
22.03.2026 136 Bu şəxslər 300 manatdan çox müavinət ala bilər
Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir. -ın məlumatına görə, himayədar ailəyə verilmi
22.03.2026 312 Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub
Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. "Martı
22.03.2026 249 Ölən şəxsin pensiyası ilə bağlı təklif
"Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, həm pensiya kapitalının toplanması, daha səmərəli istifadə edilməsi, həm də vətəndaşlarımızı
22.03.2026 309 İranın İsrailə və Körfəz ölkələrinə endirdiyi zərbələrin sayı açıqlanıb
İran silahlı qüvvələri regionda münaqişə başlayandan bəri İsrail ərazisindəki hədəflərə 850 raket və pilotsuz uçuş aparatı buraxıb. xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, eskalasiyanın başlanğıcından indiyədək İran Fars körfəzi ölkələrini
22.03.2026 285 FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırdı
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara çağırış edib. xəbər verir ki, müraciətdə bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsind
22.03.2026 253