ATV-yə bu kadrlara görə xəbərdarlıq edildi - Video

ATV-yə bu kadrlara görə xəbərdarlıq edildi - VideoATV kanalına xəbərdarlıq edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayılıb.

Bildirilib ki, buna səbəb ATV televiziya kanalının efirində 13 noyabr 2025-ci ildə yayımlanan "Gün ortası" proqramında hipnoz və bioenerji təsirlərinin müalicəvi xassələrinin reklamının edilməsidir:

"Qeyd olunan proqramda qonaq qismində dəvət edilmiş şəxs studiyada aparıcıya məsafədən "enerji ötürmə" üsulunu tətbiq edib, aparıcı isə seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirib.

Audiovizual Şura Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Reklam haqqında" Qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alınıb. Həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu kimi təsdiq olunub.

Audiovizual Şuranın üzvləri məsələni ətraflı müzakirə etmiş və yekdilliklə belə qənaətə gəlmişlər ki, proqramda nümayiş etdirilən məsafədən "enerji ötürmə seansı" və aparıcının bu "seans"a müsbət reaksiyası həmin üsulun müalicəvi xüsusiyyətə malik olması barədə təsəvvür yarada bilər. Bu isə, "Reklam haqqında" Qanunun 29.8-ci maddəsində təsbit olunan – kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam edilməsinə yol verilməməsi tələbinin pozulması kimi qiymətləndirilib. Həmçinin, aparıcının nümayiş olunan hərəkətlərin mümkün müalicəvi təsirinə dair fikirləri təşviq edən ifadələr işlətməsi, faktiki olaraq qanunvericiliyin qeyd olunan normasına zidd olaraq belə təsirlərin reklamına şərait yaradan hal kimi dəyərləndirilib.

Sonda Audiovizual Şuranın üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq ATV televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan proqramların yayımı zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

Həmin kadrları təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1380   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.