Son vaxtlar televiziya verilişlərində qadınların aşağılanması niyə adi hal alıb?-MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son vaxtlar televiziya verilişlərində verilişə dəvət olunan ekspertlər tərəfindən qadınları aşağılayan, qadını kişidən asılı kimi göstərən seksist ifadələr səsləndilir. Hər dəfə belə hallarla bağlı Audiovizual Şura tərəfindən telekanallara xəbərdarlıq olunsada, təssüfki belə hallarla bağlı telekanallara maliyyə sanksiyası tətbiq edilmir.
Mövzu ilə bağlı media eksperti Qulu Məhərrəmli BiG.AZ-a açıqlamasında bildirdi ki, televiziyada bütün etik davranış qaydalarına riayət edilməlidir.
Onun sözlərinə görə, efirə dəvət olunan ekspert və aparıcı kamera qarşısında olduqlarını dərk etməlidirlər: "Efir açıq vitrindir. Ona görədə orda davranışlar və danışıq məişət səviyyəsindən tamamilə fərqli olmalıdır. Təssüfki bunu bir çox adamlar dərk etmirlər. Yəni ümumi mədəniyyətin aşağı olması və ümumi davranış mədəniyyətinin lazımi səviyyədə olmaması bu cür vəziyyətlərin ortaya çıxmasına gətirib çıxarır. Bu cür halları telekanalın təmsilçisi olan aparıcı tənzimləməlidir. Aparıcı çox diqqətli olmalıdır ki, efirdə bu cür ifadələr işlənməsin. Çünki aparıcı tamaşaçını təmsil edir. Yəni o birbaşa tamaşaçı adından suallar verir. Digər tərəfdən telekanalda aparıcıdan başqa verilişin prodüseri, redaktoru, rejissoru var. Onlar efirə dəvət olunan insanlarla müəyyən hazırlıq işləri aparmalıdırlar. Ən azından etik qaydaları xatırlatmalıdırlar. Efir danışığı, efir dili necə olmalıdır izah etməlidirlər. İnsanlar televiziyaya həmdə öryənmək üçün baxırlar".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










