Bakı Türk dünyasında media və informasiya mərkəzi kimi önəmini təsdiqlədi

Bakı Türk dünyasında media və informasiya mərkəzi kimi önəmini təsdiqlədi"Azərbaycanda Türk Dövlətləri Təşkilatının Media Forumunun keçirilməsi ölkənin türk dünyasında informasiya siyasətinin əsas mərkəzlərindən birinə çevrildiyini aydın göstərdi. Tədbir, Bakının yalnız siyasi və iqtisadi deyil, həm də ideoloji və kommunikasiya baxımından mühüm platforma olduğunu təsdiqlədi. Forum regional media əməkdaşlığının institusional mərhələyə keçdiyini nümayiş etdirdi".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, qeyd edib ki, müasir dövrdə informasiya artıq strateji gücə malik silah rolunu oynayır. Dövlətlərin imici, mövqeyi və maraqları böyük ölçüdə media vasitəsilə formalaşır. Bu baxımdan Türk Dövlətləri arasında informasiya təhlükəsizliyinin koordinasiyalı şəkildə qurulması həyati əhəmiyyət daşıyır:

"Azərbaycanın bu prosesdə aparıcı rol üstlənməsi təsadüfi deyil. Ölkə son illərdə həm texnoloji media infrastrukturu, həm də beynəlxalq kommunikasiya imkanları baxımından ciddi üstünlüklər əldə edib. Forumun Bakıda keçirilməsi bu üstünlüyün regional səviyyədə qəbul edildiyini göstərir.

Tədbir çərçivəsində dezinformasiya ilə mübarizə və vahid informasiya məkanının formalaşdırılması əsas müzakirə mövzularından biri oldu. Xüsusilə Türk dünyasına yönəlmiş informasiya təxribatlarının artdığı bir dövrdə bu, strateji əhəmiyyət kəsb edir. Koordinasiyasız informasiya siyasəti müasir şəraitdə ciddi risklər yarada bilər.

Forum media subyektləri arasında birbaşa əlaqələrin güclənməsinə də mühüm töhfə verdi. Bu əlaqələr gələcəkdə ortaq layihələrin, ortaq xəbər platformalarının və media mübadiləsinin genişlənməsinə zəmin yarada bilər. Nəticədə Türk dünyasının informasiya bazarında mövqeyi daha da möhkəmlənəcək.

Eyni zamanda Forum Türk Dövlətləri Təşkilatının fəaliyyətinin təkcə siyasi müstəvi ilə məhdudlaşmadığını nümayiş etdirdi. Media sahəsində əməkdaşlıq təşkilatın humanitar və ideoloji dayaqlarını gücləndirir. Azərbaycan isə bu prosesdə təşəbbüskar dövlət kimi liderlik mövqeyini bir daha təsdiqləmiş oldu".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 520   Tarix: 28 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real" komandanın liderlərindən biri ilə müqaviləni uzadacaq

"Real" Fransa millisinin yarımmüdafiəçisi Orelen Tçuameni ilə yeni müqaviləni razılaşdırıb. -ın xarici mediaya istinadən məlumatına görə, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Fransalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2028-ci ildə başa çatır. İddia edilir ki, yeni müqaviləy

09.07.2026 187
.

Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə

Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb. "Qafqazinfo" xəbər verir ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizd

09.07.2026 282
.

Britaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək

Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək

09.07.2026 133
.

Ağ Ev Hörmüz uğrunda İranla uzunmüddətli münaqişəyə hazırlaşır

Axios xəbər verir ki, ABŞ rəsmiləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq, münaqişənin bir neçə gündən həftələrə qədər davam edə biləcəyinə inanırlar. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri cümə axşamı Axios-

09.07.2026 257
.

Orta məktəblərdə karyera planlaması dərsləri keçirilməlidirmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Peşə seçimi insanın gələcək həyatına təsir edən ən vacib qərarlardan biridir. Buna baxmayaraq, bir çox şagird orta məktəbi bitirənə qədər hansı sahəyə marağının və bacarığının olduğunu tam müəyyənləşdirə bilmir. Dünyanın bir çox ölkəsində bu problemin qarşısını almaq üçün məktəblərdə karyera planlamas

09.07.2026 237
.

Kiberdələduzları aşkar edən proqram varmı? Ekspert cavabladı

Bir çox insanı maraqlandıran suallardan biri budur: Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli

09.07.2026 256
.

2000 il əvvəl mayalıların diş həkimləri olub, stomatoloji prosedurlar aparılıb

Tədqiqatçılar nefrit əlavəsi yerləşdirilmiş qədim azı dişinin müayinəsi zamanı mayalıların diş bəzəklərindən yalnız estetik məqsədlərlə deyil, müalicə məqsədilə də istifadə etdiyini müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "National Geographic" nəşrinin məlumatına görə, arxeoloqlar onilliklə

09.07.2026 136
.

"Ailə oturur, uşaqlar alır telefonu..."

"Bilmirəm, siz fikir verirsiniz, ya yox. Biz son zamanlar tez-tez müşahidə edirik. Ailə oturur, uşaqlar əllərinə alır telefonu onunla məşğul olur. Nə bir-birlərinə kitab tövsiyə edir, nə də söhbətlər edirlər". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə v

09.07.2026 297
.

Bank kartınız təhlükədədirmi? Bu qaydalara mütləq əməl edin

"Kartınızın təhlükəsizliyini qorumaq üçün PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya başqa yerdə qeyd etməyin. PİN kod yalnız sizə məlum olmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Həmçinin kartın arxa tərəfində yerləşən CVV kodunu, son istifadə tarixini və digər məxf

09.07.2026 269
.

TOP MP3