"İndi sadəcə nəşini istəyirik" - 2 ay oldu...
Sentyabrın 27-dən gəmidə itkin düşmüş 33 yaşlı həkim Tural Sultanov hələ də tapılmayıb.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə Bizim.Media-ya danışan Turalın əmisi qızı Ağanisə Sultanova bildirib ki, artıq sadəcə onun nəşinin tapılmasını gözləyirlər.
"Peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Amma onun olduğu gəmidən quruya qədər 160 km-lik məsafə olub. Tam dənizin ortası! Biz mütəxəssislərdən də soruşduq, soyuq, dalğalı sularda bu qədər məsafəni üzə-üzə qət edə bilməzdi. Peşəkar üzgüçü üçün belə bu, qeyri-mümkündür. Sağ olsaydı da bu qədər vaxta ondan bir xəbər çıxardı. Tural həmin gün gəmidən heç yerə getməyib. Demək ki, batıb... Bunu çox böyük acı ilə, təəssüflə bildiririk. Bizim də indi istəyimiz odur ki, nəşi tapılıb verilsin", - deyə o qeyd edib.
A.Sultanovanın sözlərinə görə, hazırda hadisənin necə baş verməsi və onun nəşinin tapılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar gedir: "Turalın gəmidə olarkən kameraya düşmüş görüntüləri, zəngləri və s. hamısı hazırda prokurorluqdadır. Araşdırmalardan sonra məlumat açıqlanacaq".
Qeyd edək ki, peşəkar idmançı olmaqla yanaşı, Tural Sultanov həkim kimi "Leyla Medical Center"də də fəaliyyət göstərirdi. Sonuncu dəfə gəmidə olarkən klinika ilə danışıb. Həkimin itkin düşməsindən sonra xilasetmə əməliyyatlarına başlanılıb, 5 gəmi və helikopterlə axrarışlar həyata keçirilib. Bu barədə də davamlı olaraq ailəyə, Turalın atası Hüseynağa Sultanova məlumat verilib.
Hadisə sentyabrın 27-də baş verib. Tural Sultanov eyni zamanda "BUE CASPİAN LTD" şirkətinə məxsus "Caspian Protektor" gəmisində həkim kimi çalışıb. Onun hansı şəraitdə itkin düşməsi hələ də müəmmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 849 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu yolda hərəkət tam məhdudlaşdırılacaq
Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində (Lökbatan qəsəbəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı tarixlərdə tam məhdudlaşdırılacaq. BİG.AZ xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib
09.07.2026 131 "Ailə oturur, uşaqlar alır telefonu..."
"Bilmirəm, siz fikir verirsiniz, ya yox. Biz son zamanlar tez-tez müşahidə edirik. Ailə oturur, uşaqlar əllərinə alır telefonu onunla məşğul olur. Nə bir-birlərinə kitab tövsiyə edir, nə də söhbətlər edirlər". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə v
09.07.2026 297 Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb. "Qafqazinfo" xəbər verir ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizd
09.07.2026 282 Bəhreyndə yenidən sirena səsləri eşidilir
Bəhreynin Daxili İşlər Nazirliyindən sirenlərin səsləndiyi barədə məlumat alırıq. Cümə axşamı üçüncü dəfədir ki, həyəcan siqnalı verilir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, nazirlik əlavə məlumat verməyib. İran daha əvvəl Bəhreyndəki ABŞ obyektlərinə, eləcə də Qətər və Küveytdəki hədəflərə pilotsu
09.07.2026 227 Bu məşhur dağ kurortlarında villa və qonaq evləri kütləvi şəkildə satışa çıxarılıb
Rumıniyanın məşhur dağ kurortları olan Bran və Moeçiu bölgələrində villa və qonaq evlərinin sahibləri əmlaklarını kütləvi şəkildə satışa çıxarırlar. Buna səbəb turist sayının azalması və istirahətə gələnlərin artıq təkcə gecələmək üçün yer deyil, daha geniş xidmətlər təklif edən məkanlara üstünlük verməsidir
09.07.2026 189 Ağ Ev Hörmüz uğrunda İranla uzunmüddətli münaqişəyə hazırlaşır
Axios xəbər verir ki, ABŞ rəsmiləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq, münaqişənin bir neçə gündən həftələrə qədər davam edə biləcəyinə inanırlar. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri cümə axşamı Axios-
09.07.2026 257 Azərbaycan bankları niyə süni intellektə keçidə tələsmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Son illər süni intellekt bank sektorunda ən sürətlə tətbiq olunan texnologiyalardan birinə çevrilib. Dünyanın aparıcı bankları müştəri xidmətlərinin təkmilləşdirilməsi, dələduzluq hallarının aşkarlanması, kredit risklərinin qiymətləndirilməsi və əməliyyatların avtomatlaşdırılması üçün bu texnologiyada
09.07.2026 244 İran indi Qətərdəki ABŞ hədəflərinə də hücum etdiyini bildirir
İran hücum siyahısına Qətəri də əlavə edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran dövlət televiziyası Qətərdə ordu qüvvələrinin peyk antenasına dron hücumları təşkil etdiyini bildirib. Hesabatda Küveyt və Bəhreyndə konkret hədəflər də ətraflı şəkildə izah edilib. Bildirilib ki, zərbələr Küveytdək
09.07.2026 244 Sərvət cəlb edəcək pul ağacını hara yerləşdirməli?
Bir çox insan pul ağacını sadəcə dekorativ bitki hesab etsə də, Feng-şui fəlsəfəsinə görə onun yerləşdirildiyi məkan ən azı bitkinin özü qədər önəmlidir. Mütəxəssislər bildirirlər ki, düzgün yerdə saxlanılan pul ağacı evdə bolluq və rifah enerjisini gücləndirə bilər. xarici mediaya istinadla xəbər veri
09.07.2026 236