"Avromed Company" MMC müasir texnologiyalı farmasevtik deposuna media turu təşkil etdi
"Avromed Company" MMC media nümayəndələri üçün şirkətin Binə qəsəbəsində yerləşən müasir deposuna media tur təşkil edib. Tur çərçivəsində jurnalistlər ümumi sahəsi 10 000 m² olan kompleksin iş prinsipləri, logistika ardıcıllığı, depo əməliyyatlarının idarə olunması və mövcud keyfiyyətə nəzarət sistemi ilə yaxından tanış olublar. Media nümayəndələri məhsulların qəbulundan çeşidlənməsinə, saxlanmasından yığılmasına qədər bütün mərhələləri yerində müşahidə ediblər.
Təqdimat zamanı depo zonalarının strukturu, məhsulların saxlanma şəraiti və logistikanın avtomatlaşdırılmasına dair geniş məlumat verilib. Mütəxəssislər bildirib ki, mezon və konveyer sistemi məhsulların dayanmadan və fasiləsiz şəkildə hərəkətini təmin edir. WMS Qguar Pro idarəetmə platforması isə bütün əməliyyatları real vaxt rejimində izləyərək prosesi daha sürətli, dəqiq və çevik edir. Həmçinin jurnalistlərə TSD terminalları vasitəsilə seçmə prosesinin minimal məsafə prinsipi əsasında necə optimallaşdırıldığı nümayiş etdirilib.
Təqdimat zamanı həmçinin vurğulanıb ki, "Avromed Company" MMC yaxın gələcəkdə robot texnologiyalarını iş prosesinə inteqrasiya etməyi planlaşdırır. Qeyd olunub ki, bu yenilik işçi sayının azaldılması məqsədi daşımır. Əksinə, müasir robotik həllər, əməliyyatların daha dəqiq, sürətli və standartlaşdırılmış şəkildə aparılmasına, logistika zəncirinin isə qlobal tələblərə uyğunlaşdırılmasına xidmət edəcək. Bu texnologiyalar əməkdaşların iş yükünü azaltmaqla onların daha strateji və analitik proseslərə fokuslanmasına imkan verəcək.
Media tur sual-cavab sessiyası ilə davam edib və jurnalistlər depo əməliyyatları, məhsul axınının idarə olunması və logistika proseslərinin təkmilləşdirilməsi ilə bağlı əlavə məlumatlar əldə ediblər.
2002-ci ildən fəaliyyət göstərən "Avromed Company" MMC bu gün Azərbaycanda əczaçılıq sektorunun aparıcı distribüterlərindən biridir. Şirkət 40-dan çox ölkədən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə apteklər, klinikalar və xəstəxanalar üçün fasiləsiz təchizat zənciri qurub. Avromed müasir logistika sistemləri və yüksək keyfiyyətli məhsulları ilə bazarda etibarlı və yenilikçi liderlərdən biri kimi tanınır.












BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 632 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693