Korluğun müalicəsi TAPILDI: inqilabi KƏŞF
Alimlər ilk dəfə olaraq yaşla bağlı makulyar degenerasiya (yaşlı insanlarda korluğun əsas səbəblərindən biri) olan xəstələrdə görmənin bərpa olunduğunu bildiriblər. "Cell Stem Cell" jurnalında dərc olunan erkən klinik tədqiqat mərhələsində göstərilib ki, torlu qişanın altına kök hüceyrələrin köçürülməsi təkcə təhlükəsiz olmayıb, həm də bütün iştirakçılarda görməni yaxşılaşdırıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, araşdırmada xəstəliyin ağır mərhələsindən əziyyət çəkən 71–86 yaş arası altı nəfər iştirak edib. Tədqiqatçılar hər bir xəstənin ən çox zədələnmiş gözünə 50 min ədəd kök hüceyrə yeridiblər. Bu hüceyrələr makulyar degenerasiya zamanı məhv olan torlu qişanın piqment epitel hüceyrələrinə çevrilə bilir. Tədqiqatın əsas məqsədi üsulun təhlükəsizliyini yoxlamaq idi, lakin nəticələr gözləniləndən daha yaxşı olub. Hüceyrələrlə bağlı heç bir fəsad qeydə alınmayıb və xəstələrdə görmə qabiliyyəti yaxşılaşıb.
Xüsusilə də ilkin görmə qabiliyyəti ən zəif olan üç iştirakçıda müşahidə olunan dəyişikliklər təsirli olub: bir ildən sonra onlar orta hesabla 21 hərf daha çox görə biliblər. Alimlər qeyd edirlər ki, xəstəliyin quru formasının gec mərhələsində olan pasiyentlərdə belə yaxşılaşma əvvəllər müşahidə edilməyib.
Hazırda tədqiqatçılar daha yüksək dozalı hüceyrələrlə sınaqları davam etdirirlər. Əgər təhlükəsizlik təsdiqlənsə, bu texnologiya mərkəzi görmənin itmə sürətini yalnız yavaşlatmaqla kifayətlənməyib, onu real şəkildə bərpa etməyə qadir ilk müalicənin əsasını qoya bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOrta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v
06.10.2026 275 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
06.10.2026 245 Sabah da hava yağışlı olacaq
Oktyabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinc
06.10.2026 304 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 342 Evdə stress yaradan 5 şey
Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss
06.10.2026 283 Özəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?
Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni
06.10.2026 280 Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza
06.10.2026 264 Məşhur TikToker məhkəmədə ağladı
Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona
06.10.2026 275 Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?
"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki
06.10.2026 210