Televiziya verilişlərinə dəvət olunan ekspertlərə niyə nəzarət olunmur? - MEDİA EKSPERTİ AÇIQLADI

Televiziya verilişlərinə dəvət olunan ekspertlərə niyə nəzarət olunmur? - MEDİA EKSPERTİ AÇIQLADISon vaxtlar televiziya verilişlərinə ekspert qismində dəvət olunan qonaqlar bir-birinə əks düşüncədə olan, vəzifə, təbəqə, İQ səviyyəsi baxımından qətiyyən bir-birinə uyğun olmayan şəxslər olur. Veriliş zamanı aparıcı tərəfindən verilişin reytinqinin yüksək olması üçün efirə dəvət olunan ekspertlər arasında qəsdən qalmaqal yaradılır.
Televiziya verilişlərinə dəvət olunan ekspertlərə niyə nəzarət olunmur? - MEDİA EKSPERTİ AÇIQLADIMövzu ilə bağlı Azvision saytının rəhbəri, media eksperti Vüsal Məmmədov BiG.AZ-a açıqlamasında bildirdi ki, bəzi verilişlərdə aparıcılar verilişin marağını artırmağın yolunu orda səslənən fikirlərin marağını yüksəltməkdə, mənasını dərinləşdirməkdə yox, qonaqları bir-birinə toqquşdurmaqda görürlər.

Onun sözlərinə görə, burada hər şeyi format həll etməlidir: "Ciddi ictimai-siyasi mövzulu müzakirə verilişində bu yolla maraq artırmağa çalışmaq düzgün deyil. Bu naşılıq və qeyri-peşəkarlıqdır. Ola bilər ki, verilişin formatına uyğun gəlsin və aparıcı əvvəlcədən bir-birinə zidd mövqeyli iki qonağı dəvət etsin. Onların mövqeyini toqquşdurmaqla verilişinə maraq yarada bilər. Bunu eləmək olar. Ancaq bu zaman ictimai əhəmiyyətli, siyasi əhəmiyyətli ciddi məsələlərin müzakirəsinə əvvəlcədən aparıcı köklənməməlidir.

Mövqeyləri əvvəlcədən zidd olduğu bilinən insanları aparıcı verilişinə çağırmalıdır. Həmin qonaqların özləridə buna hazır olmalıdır ki, bu verilişə mümkün qalmaqalla üzləşmək ehtimalı olaraq gəlirlər. Onlar gəlib verilişə mübahisə edə bilərlər. Bu tipli verilişləri sevən insanlarda var. Ancaq bəzən təssüfki mənim özümündə başıma gəlib. Ciddi bir müzakirəyə köklənərək verilişə qonaq getmişəm. Verilişdə məlum olur ki, aparıcının niyyəti başqa imiş.

Qonaqların təxmini fikirləri üst-üstə düşsədə, ancaq detallarda müəyyən fərqli yanaşmaları olan insanları bir-biri ilə toqquşdurub, bu yolla verilişinə maraq yaratmaq istəyir. Məncə, bu ciddi verilişin formatına yaraşmır. Eyni zamanda aparıcıyada yaraşmır və özünü ciddi hesab edən ekspertə də yaraşmır. Mübahisə üçün xüsusi "ixtisaslaşmış ekspertlər" var. Onları verilişlərinə çağırıb istədikləri qədər dalaşdıra bilərlər. Kimə bu cür verilişlər maraqlıdırsa, onlarda baxıb həzz alsınlar. Şəxsən mənə bu cür mübahisələr maraqlı deyil. Bu cür verilişlərdən bezirəm və vaxt itkisi hesab edirəm. Hətta özümün iştirak etdiyim verilişlərdə belə, iki nəfər bir-biri ilə söz güləşdirməyə başlayırsa, mən orda da artıq bezirəm və səbrim tükənir. Xahiş edirəm ki, mümkündürsə bu mərhələni adlayaq və normal ciddi, səviyyəli müzakirəyə keçək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 733   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.