Həmin görüşlərə oğlunu da aparırmış - Bu fotolar ilk dəfə yayılır

Həmin görüşlərə oğlunu da aparırmış - Bu fotolar ilk dəfə yayılırAzərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, həm də Rusiya siyasi dairələri ilə əlaqələri ilə seçilən fiqurlardan biri olub. Son illərdə əldə olan foto və məlumatlar göstərir ki, onun müxtəlif beynəlxalq platformalarda, xüsusən də Rusiyada keçirdiyi həm açıq, həm də qapalı görüşlərində oğlu Teymur Mehdiyev də iştirak edib. İlk baxışda adi müşayiət kimi görünən bu detal əslində post-sovet siyasi anatomiyasında təsadüfi sayılmır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Konkret.az məlumat yayıb. Mənbə qeyd edir ki, post-sovet məkanında yüksəkvəzifəli şəxslər üçün ailə üzvlərini mühüm görüşlərə aparmaq yalnız sosial jest deyil, həm də siyasi mesajdır. İlk növbədə Ramiz Mehdiyev varislik ideyası ilə çıxış edir. İkincisi, hesab edir ki, bu, ailənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm məsələdir.

Həmin görüşlərə oğlunu da aparırmış - Bu fotolar ilk dəfə yayılırQeyd edək ki, Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. Şəklin və əldə olunan digər məlumatların analizi onu deməyə əsas verir ki, oğlu Teymur Mehdiyevin bu görüşlərdə iştirakını təmin etməklə Ənvəroviç Rusiyanın güc mərkəzlərinə şəxsi loyallığını nümayiş etdirib. Bu kontekstdə Teymur Mehdiyevin yüksəksəviyyəli görüşlərdə Ramiz Mehdiyevin yanında görünməsi təsadüfi deyil və daha geniş siyasi məqsədlərin fraqmenti kimi oxuna bilər. Görüntülərin ən kritik tərəfi Teymur Mehdiyevin diplomatik masada, yüksəksəviyyəli nümayəndələrlə, o cümlədən Nikolay Patruşevlə (Rusiya Prezidentinin köməkçisi - red.) eyni sırada əyləşməsidir. Ramiz Mehdiyev çox yaxşı bilir ki, yavaş-yavaş personal əlaqələr və simvolik jestlərlə Teymur Mehdiyevi diplomatik mühitə alışdırır, Rusiya elitası tərəfindən tanınmasına müvəffəq olur, müxtəlif təsir mərkəzləri ilə əlaqələrinin şəxsən qurulmasına zəmin yaradır. Bu praktika Qazaxıstan, Rusiya, Tacikistan, Belarus kimi ölkələrin siyasi mədəniyyətində geniş yayılıb.

Ənvəroviçə gün kimi aydındır ki, Rusiyanın siyasi sistemi şəxsi əlaqələrə yüksək dəyər verir. Və bu dəyərin müqabilində belə bir hesablama aparılır ki, Ramiz Mehdiyevin siyasi xətti ailə daxilində davam edəcək. Eləcə də Moskva anlayacaq ki, Kremllə olan münasibət uzunmüddətlidir. Bu, potensial varislik layihəsinin Moskva tərəfindən legitimləşdirilməsi yönündə incə addım ola bilərdi. Mehdiyev Patruşev vasitəsilə ailəsinin toxunulmazlıq strategiyasına da sadiqdir. Rusiya çətiri onun üçün bir "sığorta" idi.

Həmin görüşlərə oğlunu da aparırmış - Bu fotolar ilk dəfə yayılırQoca qurd Kremlin kluarlarında eşidir ki, siyasi dəyişikliklərin sürətlə və sərt şəkildə baş verdiyi regionlarda elitalar üçün ən kritik məsələ ailənin hüquqi və fiziki təhlükəsizliyidir. Ramiz Mehdiyevin addımları bu kontekstdə iki ehtimalı gücləndirir. Bunlardan birincisi ailənin gələcək siyasi təzyiqlərə qarşı müdafiəsidir. Yüksək ranqlı şəxslər tez-tez ailələrini belə "strateji əlaqələrlə" sığortalayırlar. Teymur Mehdiyevin Rusiya rəsmilərinin masasında oturması bu mesajı da ötürürdü ki, bu ailəyə toxunmaq Moskva ilə münasibətləri dolaşdıra bilər. Ənvəroviç heç vaxt alternativ siyasi dəstək kanallarından imtina etməyib. Görüşlərin fotolarında Teymur Mehdiyevin rəsmi nümayəndə heyətinin üzvü kimi deyil, "xüsusi müşayiət edilən şəxs" kimi görünməsi arqumentlərimizin bariz təsdiqidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

06.10.2026 182
.

Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə

06.10.2026 203
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 183
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

06.10.2026 229
.

Bu ərazilərdə səhərə qədər su olmayacaq

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey

06.10.2026 300
.

Həmin məlumatı verənləri pul mükafatı gözləyir

Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy

06.10.2026 418
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

06.10.2026 211
.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

06.10.2026 139
.

Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib

Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd

06.10.2026 218
.