Psixoloji işsiz təhsil: Azərbaycan məktəblərində böhran
"Təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında məsuliyyətini dərk edən, insan hüquq və azadlıqlarına hörmət edən, Azərbaycançılıq ideyasına sadiq, müstəqil və yaradıcı düşünən şəxsiyyət və vətəndaş formalaşdırmaqdır. Təəssüf ki, bu məqsəddən uzaqlaşmışıq. Bu gün təhsil sisteminin əsas hədəfi uşağın məktəbi bitirib ali təhsil almasıdır, halbuki məktəbin missiyası uşağı şəxsiyyət və vətəndaş kimi formalaşdırmaqdır.
Əgər tərbiyə işi düzgün qurulmayıbsa, şəxsiyyət və vətəndaş yetişməsini gözləmək mümkün deyil. Məktəblərdə psixoloji iş olmadan tərbiyə işini qurmaq mümkün deyil. Azərbaycanda məktəblərdə psixoloji iş 1990-cı illərin əvvəllərindən dayandırılıb və 2010-cu ildən bu proses davam edir. 2019-cu ildən isə vəziyyət daha da pisləşərək məktəblərdə psixoloji iş demək olar ki, ləğv edilib. Bu gün nəticələr göz qabağındadır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.
O, qeyd edib ki, Ümumtəhsil məktəblərində psixoloji işin təşkili ilə bağlı Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı mövcuddur. Qərara görə, 1000 nəfərə qədər şagirdi olan məktəbdə 1, 3000 nəfərə qədər şagirdi olan məktəbdə 2, 3000-dən çox şagirdi olan məktəbdə isə 3 psixoloq ştatı müəyyən edilib. Həmçinin, 30 aprel 2020-ci il tarixli 157 nömrəli qərarla psixoloji işin təşkili qaydaları müəyyən olunub:
"Lakin bu qərarlar kağız üzərində qalmaqdadır. Hazırda məktəb psixoloqlarının maaşı texniki işçilərlə bərabərdir. Psixoloji işlə bağlı yüz minlərlə vəsait təlimlər adı altında xərclənib, lakin məktəb psixoloqlarına faydası olmayıb. Psixoloqların kabinetləri və müvafiq əyani vəsaitləri yoxdur. Təkcə yalançı təlimlər üçün xərclənən vəsaitlə 100-dən çox məktəb üçün psixoloji əyani vəsait alınması mümkündür.
Bundan əlavə, məktəb rəhbərləri də psixoloji işi düzgün bilmir və psixoloqlara texniki və ya yoxlama işlərini tapşırırlar. Azərbaycan Təhsil Nazirliyində də psixoloji işin mahiyyəti yetərincə anlaşılmayıb. Bu halda məktəblərdə psixoloji işin təşkili mümkün deyil.
Ölkənin aparıcı psixoloqu Əbdül Əlizadə də qeyd edir ki, psixoloji işi təşkil etmədən tərbiyə işini qurmaq mümkün deyil. Təhsil sahəsini idarə edən şəxslər təhsilin təməlini dağıdaraq irəliləyirlər. İlk olaraq psixoloji iş dağıdılıb və nəticədə məktəblərdə ciddi sosial problemlər, zorakılıq halları ortaya çıxıb.
Nə etməliyik? İlk növbədə, təhsilə bazar gözü ilə baxan şəxsləri uzaqlaşdırmalı və bu sahəyə peşəkar insanları cəlb etməliyik. Məktəblərdə psixoloji və tərbiyə işi düzgün qurulmalıdır. Tərbiyə işini qurmaq olmadan millətin gələcəyini formalaşdırmaq mümkün deyil. Psixoloji iş düzgün təşkil olunmadan tərbiyə işində də uğur əldə etmək mümkün olmayacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1638 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c
06.10.2026 222 Həmin məlumatı verənləri pul mükafatı gözləyir
Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy
06.10.2026 418 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
06.10.2026 202 Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə
06.10.2026 203 İran rəsmisi: ABŞ-dən qorxmuruq, danışıqlara hazırıq
"İran ABŞ ilə danışıqlara hazırdır və bundan qorxmur, istər müharibə, istərsə də dialoq yolu ilə özünü müdafiə edəcək". Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib. "Danışıqlar vasitəsilə dünya ilə elmi əlaqələrimizi davam etdirmək istəyirik, amma he
06.10.2026 159 Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.
06.10.2026 270 Ərzurum Koridorun harasındadır?
Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru
06.10.2026 206 Dalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
06.10.2026 126 Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?
"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki
06.10.2026 202