Şərhdə naziri "tag" etdi, o da cavab verdi

Şərhdə naziri "tag" etdi, o da cavab verdiElm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə paylaşımlara rəy yazması diqqət çəkib.

"Qafqazinfo" xəbər verir ki, nazir "Azərbaycan universitetləri" səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçməsi və elə həmin gün Bakıya qayıtması ilə bağlı paylaşıma rəy yazıb.

"Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!", - deyə E. Əmrullayev bildirib.

Nazir şərhlə yanaşı, onun adının "tag" olunduğu mesajları da cavabsız qoymayıb. Belə ki, sosial şəbəkə istifadəçilərindən biri bunun heç də fəxr ediləsi hal olmadığını deyib: "İnsan ömrü yollarda heç olur, qaranlıqda yola düşür və gec qayıdır. Bu hardasa gənc qız üçün təhlükəli də ola bilər. Xankəndidə 2-3 gün qalması üçün şərait yaratmaqdansa, insanın çəkdiyi lazımsız əziyyətə təşəkkür edirsiniz".

Emin Əmrullayev isə belə cavab verib: "Məhz fəxr ediləsi məsələdir. Bu, müəllimin şəxsi seçimidir. Başqa sözlə, Xankəndidə bu gün 400 nəfərə qədər həmkarımız evlə təmin edilib. Mənə maraqlı olan məqam isə odur ki, siz necə, haradan, hansı şəkildə nəticə çıxardınız ki, biz bu müəllimin Xankəndidə 2-3 gün qalması üçün şərait yarada bilməmişik? Necə gəldiniz bu nəticəyə?"

Əmrullayevin bu davranışı sosial şəbəkədə xoş qarşılanıb.

Sözügedən rəyləri təqdim edirik:

Şərhdə naziri "tag" etdi, o da cavab verdiŞərhdə naziri "tag" etdi, o da cavab verdi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1531   Tarix: 03 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bəhreyn ordusu bir neçə İran hücumunun qarşısını aldığını bildirib

Bəhreyn ordusunun verdiyi məlumata görə, ölkənin hava hücumundan müdafiə qüvvələri cümə axşamı İranın bir neçə hava hücumunu ələ keçirib və məhv edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Bəhreyn Müdafiə Qüvvələri X-də bildirib ki, "mülki şəxsləri və şəxsi mülkləri hədəf almaq üçün raket və dronlarda

11:02 202
.

Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - FOTO

Məlumdur ki, tarixi prosesləri siyasətçilər yox, tarixçilər araşdırmalıdır. Keçmişdə baş verən, xüsusən də təkzibedilməz faktlara əsaslanmayan hadisələr gündəlik maraqlar üçün alətə çevrildikdə tarix yerini miflərə verir. Siyasiləşdirmə elmi araşdırmaları manipulyasiya ilə əvəz edir, tərəfdaş ölkələrl

15:38 263
.

Trampın açıqlaması Avropanı hərəkətə keçirdi

ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını bəyan etməsi Avropa ölkələrinin Vaşinqtondan hərbi asılılığı azaltmaq istəyini daha da gücləndirib. xəbər verir ki, bu barədə Politico nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb. "İran və Ukraynada baş verən hadisələrdən sonra il

11:10 225
.

Azərbaycanlı alim yıxılaraq vəfat etdi

Azərbaycanın görkəmli alimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əmralı Şirəliyev evində yıxılaraq aldığı xəsarətdən vəfat edib. Axşam.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Ə.Şirəliyev Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılıb. Nəticəd

15:15 255
.

Manat niyə sərbəst buraxılmır? İqtisadi səbəblər açıqlandı

"Azərbaycanda üzən məzənnə rejiminə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, milli valyutanı

14:33 246
.

Yusuf Tekinin "Kurtuluş Savaşı" açıqlaması niyə mübahisə doğurdu?

Türkiyənin təhsil naziri Yusuf Tekinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə görüşdə yeni tədris proqramı ilə bağlı verdiyi açıqlama geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, dərs proqramlarında "Kurtuluş Savaşı" ifadəsi "Milli Mücadele" termini ilə əvə

14:47 211
.

Bu məşhur dağ kurortlarında villa və qonaq evləri kütləvi şəkildə satışa çıxarılıb

Rumıniyanın məşhur dağ kurortları olan Bran və Moeçiu bölgələrində villa və qonaq evlərinin sahibləri əmlaklarını kütləvi şəkildə satışa çıxarırlar. Buna səbəb turist sayının azalması və istirahətə gələnlərin artıq təkcə gecələmək üçün yer deyil, daha geniş xidmətlər təklif edən məkanlara üstünlük verməsidir

19:30 90
.

Ece İrtemin ölüm səbəbi açıqlandı

Türkiyəli aktrisa Ece İrtemin ölüm səbəbi açıqlanıb. Axşam.az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertizanın nəticələrinə görə, 35 yaşlı aktrisa spirtli içki zəhərlənməsindən həyatını itirib. Xatırladaq ki, daha əvvəl aktrisanın Tayland səfəri zamanı meymun hücumuna məruz qalması, nəticədə sepsis olduğ

10:16 359
.

Ağ Ev Hörmüz uğrunda İranla uzunmüddətli münaqişəyə hazırlaşır

Axios xəbər verir ki, ABŞ rəsmiləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq, münaqişənin bir neçə gündən həftələrə qədər davam edə biləcəyinə inanırlar. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri cümə axşamı Axios-

12:53 242
.

TOP MP3