Bəyannamə daha sadə və səhvsiz – sahibkarlar üçün rahatlıq
"Sadələşdirilmiş vergi ödəyiciləri 12 aylıq dövriyyəsi 200 000 manatı aşmayan, əsasən pərakəndə ticarət və əhaliyə xidmət sahəsində fəaliyyət göstərən kiçik sahibkarlıq subyektləridir. Bu sahibkarların böyük hissəsi bizneslərinin davamlılığını təmin etməyə çalışır, lakin mühasib xidmətlərinə əlavə xərc çəkmək istəmir və ya buna imkanları yoxdur. Buna görə də onlar rüblük sadələşdirilmiş vergi bəyannamələrini vergi orqanlarının xidmət şöbələrinə müraciət etməklə və ya tanıdıqları mühasiblər vasitəsilə elektron qaydada doldurub göndərirdilər".
Bunu BiG.AZ-a açıqlamasında vergi eksperti Mehdi Bababyev bildirib.
O, qeyd edib ki, sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni hazır tərtib olunmuş formada əldə edib, razılaşdıqları halda təsdiq edib göndərə bilərlər. Bu xidmətin üstünlükləri kifayət qədərdir: bəyannamə vergi orqanının məlumat bazasına əsaslanaraq avtomatik hazırlanır və səhv rəqəm daxil edilməsinin qarşısını alır. Burada elektron qaimə-fakturalar, alış aktları, əməkhaqqı bəyannamələri, gömrük bəyannamələri, yeni nəsil onlayn kassa və POS terminallarından olan məlumatlar istifadə olunur. Bəyannamənin tərtib edilməsi prosesi asanlaşdırılır, vaxt qənaət olunur və vergi uyğunsuzluğu ilə bağlı bildirişlər minimuma endirilir:
"Bununla belə, bu xidmətdən sui-istifadə olunmamalıdır. Bəzi sahibkarlar vergi orqanının bəyannaməni hazırladığını görərək gəlir və xərclərin uçotunu aparmaqdan və sənədləşməni qanuna uyğun həyata keçirməkdən yayınmaq istəyə bilərlər ki, bu, düzgün deyil. Sadələşdirilmiş vergi ödəyiciləri mütləq şəkildə mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq uçot aparmalı və müvafiq sənədləşməni təmin etməlidirlər.
Eyni zamanda, vergi orqanının bazasında olmayan bəzi gəlirlər də mövcuddur. Məsələn, məzənnə fərqindən gələn gəlirlər, cərimə gəlirləri, silinmiş kreditor borclarından yaranan gəlirlər və satışdan kənar digər gəlirlər. Belə gəlirlər bəyannamənin müvafiq sətirlərində vergi ödəyicisi tərəfindən əlavə edilməli və təsdiqlənməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 676 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c
06.10.2026 222 Həmin məlumatı verənləri pul mükafatı gözləyir
Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy
06.10.2026 418 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
06.10.2026 202 Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə
06.10.2026 203 İran rəsmisi: ABŞ-dən qorxmuruq, danışıqlara hazırıq
"İran ABŞ ilə danışıqlara hazırdır və bundan qorxmur, istər müharibə, istərsə də dialoq yolu ilə özünü müdafiə edəcək". Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib. "Danışıqlar vasitəsilə dünya ilə elmi əlaqələrimizi davam etdirmək istəyirik, amma he
06.10.2026 159 Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.
06.10.2026 270 Ərzurum Koridorun harasındadır?
Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru
06.10.2026 206 Dalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
06.10.2026 126 Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?
"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki
06.10.2026 202