Nazirliklərin ləğvi barədə fikirlər söylənilir, lakin...
Müvafiq sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib. Bundan sonra Naxçıvanda qaz təchizatına "Azəriqaz" İstehsalat Birliyi nəzarət edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.
Qurumların belə silsilə şəkildə ləğvi isə ciddi suallar doğurur. Eləcə də, nazirliklərin və bəzi qurumların ləğvi ilə bağlı mülahizələri yenidən gündəmə gətirir.
Təsadüfi deyil ki, ötən aylarda mətbuatda da islahatların başlayacağı, bir sıra qurumların ləğv ediləcəyi və birləşdiriləcəyi barədə xəbərlər yayılıb.
Məsələ ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, qurumların ləğvi düşünülmüş şəkildə həyata keçirilir:
"Bəzi xidmət sahələrinin ləğv edilməsi, idaretmənin təkmilləşdirilməsinə istiqamətləndirilib. Əgər bu xidmət sahəsi əvvəllər yerdə müəyyən işlərin yerinə yetirilməsinə məsul idisə, artıq o işlər görülüb. Məhz bu səbəbdən həmin vəzifənin mərkəzdən idarə edilməsi zərurətə çevrilib. Ona görə də elə xidmət sahələrinə nəzarətin mərkəzə tapşırılması daha məqbuldur. İndi bizdə regional idarələr yaranıb, Prezidentin xüsusi nümayəndəliyi yaradılıb. Bu idarələr bir çox hallarda özünün müsbət nəticələrini göstərir. Elə hesab edirəm ki,bu qurumların ləğvi düşünülmüş qaydada həyata keçirilir. Əsas məsələ burada işlərin daha səmərəli qurulması üçün tədbirlərin vaxtında görülüb, nizama salınmasıdır".
Komitə sədri növbəti mərhələdə Azərbaycanda hansısa nazirlik və ya qurumun ləğv edilməsinin gözlənilib-gözlənilmədiyi barədə bunları deyib:
"Nazirliklərin, müəyyən idarələrin, qurumların ləğvi ilə bağlı mülahizələr söylənilir, ehtimallar səsləndirilir. Lakin biz bunu deyə bilmərik. Bu ölkə başçısının səlahiyyətlərinə aiddir. Ona görə də, bütün sahələrdə islahatlar getdiyi üçün, belə öz fəaliyyətini başa vurub, vəzifəsini yerinə yetirmiş qurumların ləğvi sözsüz ki, zəruridir".
Milli Məclisin deputatı Azər Allahverənovun fikrincə, Naxçıvan Muxtar Respublikası ilə bağlı müəyyən strukturların ləğv edilməsinə dair məlumatların sayının çoxalması çox ciddi struktur islahatlarının həyata keçirildiyini aydın göstərir:
"Bu isə idarəetmədə optimallığın təmin olunmasıdır. İstənilən kontekstdə məsələyə yanaşdıqda görürük ki, bəli, əvvəlki təcrübədə nəzərdən keçirilir. Sonuncu qərar qaz istismarının ləğv olunması ilə bağlıdır. Bundan sonra Naxçıvanda qaz təchizatı "Azəriqaz" İstehsalat Birliyinin nəzarətində olacaq. Bu,ondan xəbər verir ki, burada mərkəzləşdirilmiş idaretmə üsulu tətbiq olunmaqdadır. Günün tələblərinə cavab verəcək bu islahatlar nəticə etibarilə göstərilən xidməti keyfiyyətin artırılması, ümumiyyətlə qaz istismarı ilə əlaqədar bütün mərhələlərin-qazın istehlakçılara çatdırılması və digər məsələlərin sistemli və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi şəffaflığın təmin olunmasına səbəb ola bilər. Bunlar çox vacib islahatlardır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMelonidən qeyri-adi qərar
İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard
06.10.2026 164 Özəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?
Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni
06.10.2026 209 Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c
06.10.2026 222 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir
06.10.2026 108 Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə
06.10.2026 203 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 173 Dalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
06.10.2026 126 Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı
"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs
06.10.2026 249 42 kilometrlik marafonu robot it tamamladı
Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun
06.10.2026 235