Zabit olmaq istəyənlər üçün FÜRSƏT
Milli Müdafiə Universiteti (MMU) bu ilin dekabr ayının 20-dək "Ehtiyat zabit hazırlığı kursu"na sənəd qəbulu elan edir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Ehtiyat zabit hazırlığı kursu"na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş 35 yaşınadək kişilər müraciət edə bilərlər.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər.
mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindəki "Ehtiyat zabit hazırlığı kursu" hissəsində hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür.
Tələb olunan sənədlərə kursa qəbul olunmaq barədə ərizə, anket forması, tərcümeyi-hal (bir nüsxədə), təhsil haqqında sənədin surəti (bir nüsxədə), xarici dövlətlərdə təhsil almış namizədlərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənədin notarial qaydada təsdiq edilmiş surəti, doğum haqqında şəhadətnamənin surəti (bir nüsxədə), yaşayış yeri və ailə tərkibi haqqında arayış (bir nüsxədə), əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.), şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (bir nüsxədə), sürücülük vəsiqəsinin surəti (əgər varsa, bir nüsxədə), nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, bir nüsxədə), həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (bir nüsxədə), rəngli fotoşəkil (baş geyimsiz, anfas, altı ədəd 3x4 sm və bir ədəd 9x12 sm), hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, bir nüsxədə), psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar aiddir.
Qeyd edək ki, məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 562 Tarix: 06 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDuracaq və qarajlarla bağlı - Dəyişiklik
"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy
06.10.2026 246 Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı
06.10.2026 250 Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas
06.10.2026 248 Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza
06.10.2026 187 Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır
Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə
06.10.2026 187 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
06.10.2026 229 Sabah da hava yağışlı olacaq
Oktyabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinc
06.10.2026 267 Dalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
06.10.2026 126 Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
06.10.2026 274