Azərbaycanda toy mərasimləri ilə bağlı MÜHÜM AÇIQLAMA - Toy qaydaları dəyişir?
Azərbaycanda toyların formatının yaxın zamanda tam dəyişə biləcəyi iddia olunur. Yeni model 100 nəfərlik məclis, bir müğənni və bir diceydən ibarət sadələşdirilmiş proqramı nəzərdə tutur.
Səbəb isə toy qiymətlərinin son illər məntiqi çərçivəni aşaraq kəskin bahalaşmasıdır. Artıq bəzi nişan və xına mərasimlərində təkcə müğənnilərə 100 min manatdan çox qonorar ödənməsi adi hal alıb. Dekor, yemək və digər xərclər əlavə olunduqda isə bir nəfər üçün toy xərcinin 500-700 manata qədər yüksəldiyi bildirilir.
Cəmiyyət bu cür toy formatını qəbul edəcəkmi? İddialar nə dərəcədə real görünür?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan restoran sahibi Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycanda bu cür toyların təşkili hələlik mümkün deyil:
"Çünki mövcud adət-ənənələr buna imkan vermir. Valideynlər övladlarının toyunu istədikləri kimi keçirmək arzusu ilə yaşayırlar. Hətta bir vaxtlar toy xərcləri üçün döşək altına pul yığmaq kimi ənənələr də olub. Digər tərəfdən, ailələr övladlarına toy edənədək çox sayda məclislərə gedir, hətta bəziləri gələcək dəvətlər üçün siyahı hazırlayır, plan qururlar. Ona görə də yaxın zamanda belə köklü ənənələrdən birdən-birə imtina etmək mümkünsüzdür".
Sosioloq Mail Yaqub deyib ki, cütlüyün xoşbəxtliyi toyda iştirak edən insanların sayından asılı deyil:
"Artıq toylar həddindən artıq şişirdilmiş vəziyyətə çatıb. Min nəfərlik toy nə deməkdir? İllərdir ünsiyyətdə olmadığın uzaq qohumu və ya dostu yalnız vaxtilə onun toyuna getdiyin üçün dəvət etmək, "verdiyim pulu qaytarsın" düşüncəsi ilə siyahıya salmaq anormal bir yanaşmadır.
Dünyanın heç bir yerində belə praktika yoxdur və bu prosesi dayandırmaq lazımdır. Toylarda stulun birinin 500-700 manat olması da absurddur. Buna "bazar rəqabətidir" deyib qəbul etmək doğru deyil, çünki bəzi hallarda dövlət müdaxiləsinə ehtiyac yaranır. Toylarda israfçılıq həddini aşır, insan nə qədər yemək yeyə bilər? Onlarla yemək növü, saysız-hesabsız salatlar təqdim etmək normal deyil. Bu səbəbdən yeni formatda, 100 nəfərlik, bir müğənni ilə keçirilən sadə toy modelini dəstəkləyirəm. Kimsə buna təşəbbüs etsə, əminəm ki, belə nümunələr çoxalacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3522 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir
06.10.2026 108 Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza
06.10.2026 187 Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib
Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd
06.10.2026 218 Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
06.10.2026 274 Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl
06.10.2026 373 Dünyada yenidən populyarlaşan 10 qədim ad
Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara
06.10.2026 182 Ukrayna qış öncəsi maliyyə böhranı ilə üzləşir
Ukrayna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu vəziyyət Prezident Volodimir Zelenskini qış ərəfəsində çətin duruma salır. " xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zelenski bu həft
06.10.2026 198 Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas
06.10.2026 248 Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma
06.10.2026 188