Faciənin ildönümü yaxınlaşır - AZAL təyyarəsinə dair yeni açıqlama

Faciənin ildönümü yaxınlaşır - AZAL təyyarəsinə dair yeni açıqlamaQazaxıstan Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı dərc etməzdən əvvəl 2 xarici laboratoriyanın tədqiqatlarının nəticələrini gözləyir.

"Yeni Sabah" Sputnik Kazaxıstan-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

ICAO qaydalarına əsasən, hava qəzası ilə bağlı yekun araşdırma hesabatı hadisə tarixindən sonra 12 ay ərzində dərc edilməlidir.

Xatırlatma: 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Embraer" təyyarəsinin iştirakı ilə təyyarə qəzası baş verib. Bakıdan Qroznıya uçan təyyarə məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü, o cümlədən 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan mülki təyyarəsi xarici zədələrə məruz qalıb və praktiki olaraq nəzarətdən çıxıb. O, təyyarənin elektron müharibə ilə idarəolunmaz hala gətirildiyini və Rusiyaya tələblər irəli sürüb.

Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat dərc edib. Hesabata zədələnmiş və qismən yanmış təyyarənin fotoşəkilləri daxildir. Görüntülərdən birində fövqəladə vəziyyətdən sonra uçuşun yenidən qurulması əks olunub.

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə Düşənbədəki görüşündə Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğramasından danışıb. O, bir daha Azərbaycandan üzr istəyib və təzminat ödəniləcəyini bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 953   Tarix: 09 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

06.10.2026 373
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 173
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

06.10.2026 108
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

06.10.2026 164
.

Bu ərazilərdə səhərə qədər su olmayacaq

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey

06.10.2026 300
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

06.10.2026 305
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

06.10.2026 222
.

Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib

Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd

06.10.2026 218
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

06.10.2026 229
.