Bakıda restoranlarda "çayvoy" qadağası

Bakıda restoranlarda "çayvoy" qadağasıRestoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, müştərilərin böyük narazılığına səbəb olur.

Bakıda yerləşən bəzi restoranların vətəndaşlara əvvəlcədən məlumat vermədən ümumi hesaba 10-15% servis haqqı əlavə etməsi uzun müddətdir ki, çox az adamı narahat edirdi. Halbuki əlavə servis haqqı barədə müştəriyə əvvəlcədən şifahi formada xəbərdarlıq edilməli və ya menyuda kifayət qədər aydın şəkildə göstərilməlidir. Həmçinin müştərilər əlavə servis haqqını ödəməyə məcbur oluna bilməz. Bu müştərinin açıq şəkildə aldadılması və istehlakçının hüquqlarının pozulması deməkdir. Müştəridən əlavə məbləğin tələb olunması qeyri-qanunidir. Belə olan halda müştəri restoran rəhbərliyinə narazılıq edib pulu ödəməkdən imtina edə bilər. Sirr deyil ki, bəzən müştəri öz abır-həyasına qısılıb, hansısa narahatlıq yaranmasın deyə sürpriz də olsa, əlavə servis haqqını ödəyir.

.
Türkiyə Ticarət Nazirliyi ölkə üzrə restoran, kafe, şirniyyat mağazaları və digər iaşə obyektlərində uzun müddətdir mübahisə doğuran əlavə ödənişlərlə bağlı mühüm dəyişikliklərə gedib. Belə ki, yeni qaydalara əsasən, müəssisələr müştərilərdən yalnız menyuda açıq və şəffaf şəkildə göstərilmiş qiymətlər əsasında ödəniş tələb edə biləcəklər. Bu kontekstdə, ölkəmizdə də istehlakçıların hüquqlarının qorunması istiqamətində oxşar mexanizmlərin tətbiqi, servis haqqının ləğvi məsələsi aktuallaşır.

Bəs müştərilər əlavə servis haqqını ödəməkdən imtina edə bilərmi? Əgər belədirsə, hansı hüquqi əsaslarla?

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "Yeni Müsavat"a danışıb. Onun sözlərinə görə, "çayvoy"un qadağan edilməsi mümkün deyil: "Biri var ki, insanlar könüllü "çayvoy" verir, bu qadağan oluna bilməz. Biri də var ki, hesabın içində nəzərə alınan, yəni hesaba salınan "çayvoy" və ya xidməthaqqı ilə bağlı qarışıqlıq mövcuddur. Bəli, bəzi insanlar xidməthaqqı vermək istəmirlər, lakin məcbur edilirlər. Bu, doğru deyil və müəyyən tənzimləmələr olmalıdır".

Hazırda işlətmələr bunun qanunla əsaslandırıldığını bildirirlər, çünki dünyanın bir çox ölkəsində belə bir praktika mövcuddur və onun vergisi tutulur. Ona görə də hesabın içində hesaba salınan "çayvoy" verildikdə, onun vergisi də tutulur. Bu səbəbdən qanunvericilikdə bu iki anlayışı bir-birindən ayırmaq vacibdir. Yəni əgər "çaypulu" üçün vergi olmasa, həcmi də azalacaq. Məsələn, hesabın 10 faizi serviz haqqı kimi tutulursa və əgər bu, vergiyə cəlb olunmayacaqsa, o zaman servis haqqını 5 faizə endirmək mümkündür. Qanunda bu cür tənzimləmə aparmaq olar".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, son 6 ildə restoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, restorana gələnlərin böyük narazılığına səbəb olan məsələlərdən biridir: "Bu gün də qurumumuza, övladının ad günü mərasimi üçün restorana gedən bir şəxsdən şikayət daxil olub - ona 15 faiz servishaqqı tələb edilib. Qeyd etmək lazımdır ki, servishaqqı məsələsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb və heç bir qadağa da yoxdur. Lakin məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi belədir ki, restoranlar öz ərazilərində necə davranacaqlarını özü müəyyən edir. Təəssüf ki, bazarda restoranlar üçün vahid qaydalar mövcud deyil. Bu vəziyyət tam özbaşınalıq doğurur və istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.

Məsələn, bahalı restoranlarda musiqiçi çağırılır, müğənni ifa edir və bunun üçün əlavə ödəniş tələb olunur. İstehlakçıya bu barədə əvvəlcədən heç bir məlumat verilmir. Qanun isə bu cür halları qadağan etmir. Ümumiyyətlə, dünyada, o cümlədən kapitalist ölkələrdə və yaxşı xidmət göstərildikdə istehlakçılar "çayvoy" verir. Lakin bütün hallarda servis haqqı menyuya daxil edilməli və istehlakçı buna əvvəlcədən məlumatlandırılmalıdır. Bu şərtlər ödənildikdə, istehlakçı artıq seçimini etmiş hesab olunur və ödənişi etməlidir".

Eyyub Hüseynov həmçinin bildirib ki, hazırda restoranlarda və şadlıq evlərində digər özbaşınalıqlar da müşahidə olunur. Məsələn, servis haqqından əlavə, əlavə ödənişlər, face control tətbiqi və oturma yerlərinə görə əlavə qiymət tələb olunması kimi hallar baş verir: "Bütün bunlar istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Məsələn, əgər bir müştərinin üzünə görə restorana buraxılmırsa, ya da dənizə tərəf oturmaq üçün əlavə 20 manat tələb olunursa, bu, qanunsuzdur.

Aidiyyəti orqanlar, o cümlədən Antiinhisar Dövlət Agentliyi bu məsələlərə nəzarət etməli və qanun pozuntusu aşkarlandıqda cərimə tətbiq etməlidir. Yəni servishaqqı yalnız menyuda qeyd olunmuş və istehlakçıya əvvəlcədən bildirildikdə qanuni sayılır. Əks halda, bu, istehlakçının hüquqlarının pozulmasıdır və aidiyyəti qurumlar buna müdaxilə etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1088   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz

Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların

06.10.2026 192
.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

06.10.2026 191
.

Bu ərazilərdə səhərə qədər su olmayacaq

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey

06.10.2026 300
.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

06.10.2026 248
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

06.10.2026 226
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

06.10.2026 202
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

06.10.2026 182
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

06.10.2026 291
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 187
.