Gizli və saxta reklam: fiziki və hüquqi şəxslərin məsuliyyəti
"Reklam haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi ilə məsuliyyətə səbəb olur.
Əmtəələr, işlər və xidmətlər haqqında və ya onların istehsalçıları (icraçıları, satıcıları) barədə bilə-bilə yalan məlumatlarla reklam vermək fiziki şəxslər üçün 200-500 manat, vəzifəli şəxslər üçün 800-1.200 manat, hüquqi şəxslər üçün isə 4.000-6.000 manat cərimə ilə nəticələnir.
Reklam daşıyıcılarında "reklam", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi olmadan təqdim edilən gizli reklam və ya istehlakçının diqqətini manipulyasiya edən reklam üçün vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər 1.000-2.000 manat cərimələnir".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, haqsız, qeyri-dəqiq və gizli reklamın nəticələrinin aradan qaldırılması üçün müəyyən edilmiş təkzib müddətinə əməl etməmək fiziki şəxslər üçün 30-50 manat, vəzifəli şəxslər üçün 250-400 manat, hüquqi şəxslər üçün isə 1.500-2.000 manat cərimə ilə nəticələnir:
"Resept əsasında buraxılan dərmanlar, icazəsiz tibb vasitələri, müalicə, diaqnostika və profilaktika metodlarının, həmçinin bioloji aktiv qida məhsullarının dərman vasitəsi olmadığı barədə məlumat verilmədən və qeydiyyat nömrəsi göstərilmədən reklam edilməsi vəzifəli şəxslər üçün 300-500 manat, hüquqi şəxslər üçün isə 1.000-2.000 manat cərimə ilə nəticələnir.
Dərman vasitələrinin paylanması və ödənişli/ödənişsiz tibbi xidmətlərin reklam aksiyaları fiziki şəxslər üçün 300-500 manat, vəzifəli şəxslər üçün 800-1.000 manat, hüquqi şəxslər üçün 1.000-2.000 manat cərimə olunur.
Qeyd etmək lazımdır ki, saxta reklam vasitəsilə vətəndaşlara qarşı digər hüquqazidd əməllər, məsələn, dələduzluq baş veribsə, bu da məbləğdən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 599 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl
06.10.2026 373 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 173 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir
06.10.2026 108 Melonidən qeyri-adi qərar
İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard
06.10.2026 164 Bu ərazilərdə səhərə qədər su olmayacaq
Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey
06.10.2026 300 Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə
Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas
06.10.2026 305 Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c
06.10.2026 222 Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib
Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd
06.10.2026 218 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
06.10.2026 229