Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - Siyahı

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - SiyahıSəhiyyə Nazirliyinin qanunsuz plastik cərrahiyyəyə və başqa tibbi fəaliyyətə icazə verilməsi ilə bağlı ittiham olunan əməkdaşlarının milyonlarla qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əmlakların çoxu müxtəlif ünvanlarda yerləşən mənzillərdən ibarətdir.

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova mülklərin bəzilərini yaxınlarının adına rəsmiləşdiriblər.

Ən çox əmlak isə cinayət işinin əsas fiquru sayılan Səidə Rüstəmovanındır. O, işlədiyi müddətdə çoxsaylı daşınmaz əmlaka sahib olub. Əmlakların orta bazar dəyəri 5 milyon manata yaxındır.

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - SiyahıSəidə Rüstəmovanın özünün və anası ilə oğlunun adına rəsmiləşdirdiyi əmlakların siyahısını təqdim edirik:

Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil - Qiymət: 463 365 manat;

Nəsimi rayonu, Abdülvahab Salamzadə küçəsində iki mənzil - Qiymət: 323 605 manat biri, 332 755 manat digəri;

Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi mənzil - Qiymət: 429 488 manat;

Yasamal rayonu, İnşaatçılar prospektində mənzil - Qiymət: 670 275 manat;

Yasamal rayonu, İnşaatçılar prospektində 18 m² qaraj - Qiymət: 45 000 manat;

Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi - Qiymət: 43 250 manat

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ sahəsi - Qiymət: 78 000 manat;

Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində ev;

Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil;

Yasamal rayonu, Xarici dairəvi yol 10, "Royal Park" yaşayış massivində ev;

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində ev;

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evi;

Abşeron rayonu, Novxanı kəndi bağlarında mənzil;

"Mercedes-Benz" və "​Audi Q5" minik avtomobillləri.

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - SiyahıMəhkəmə qərarı ilə eyni cinayətlərdə ittiham olunan Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın fərqli ünvanlarda bir neçə mənzilləri və avtomobilləri üzərinə həbs qoyulub.

Qeyd edək ki, ötən həftə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunan bu cinayət işinin detalları barədə geniş məlumat vermişdik. Həmin xəbərimizdə həkim kimi işləyə bilmək üçün rüşvət verən şəxslərin siyahısını da təqdim etmişdik.

Hazırda bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Ev dustaqlığında saxlanılan xanımlarım təqsirləri sübuta yetirilərsə, onları 10 ildən çox həbs cəzası gözləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1453   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

06.10.2026 373
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 173
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

06.10.2026 108
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

06.10.2026 164
.

Bu ərazilərdə səhərə qədər su olmayacaq

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey

06.10.2026 300
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

06.10.2026 305
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

06.10.2026 222
.

Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib

Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd

06.10.2026 218
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

06.10.2026 229
.