33 yaşlı oğlan xəstəxanada şəraitsizlikdən ölüb? - Açıqlama
"Azərbaycan səhiyyəsi 33 yaşlı gənc oğlanı öldürdü. Kardiologiya İnstitutuna öz ayaqları ilə ağır vəziyyətdə, kəskin ürək çatışmazlığı ilə gələn Vüsal İsayevi reanimasiyaya alıblar. Reanimasiyada traxeostomiya edib süni tənəffüs aparatına qoşmaq üçün şəraitləri yox idi".
"Qafqazinfo" xəbər verir ki, bu iddia ilə bağlı jurnalist Tural Ozan paylaşım edib.
Onun sözlərinə görə, İsayev Vüsal Zakir oğlunu digər xəstəxanalara köçürmək də mümkün olmayıb: "Baş həkimə deyirəm gücünüz çatmır, şəraitiniz bərbaddırsa, transfer edin. Üzümə baxır, deyir xəstəxanaları siz razı salın. Xəstə isə qalıb ortalıqda. Yeni Klinikaya aparılması üçün müraciət etdik, bildirdilər ki, yerimiz yoxdur. Düşünün, Azərbaycanın bir nömrəli xəstəxanası olan Yeni Klinikanın reanimasiyasında "ölümcül xəstəyə yer yoxdur" cavabı alınır. Hansı ki, o xəstəxana COVID-19 dönəmində ən ağır şəraitdə yüzlərlə xəstəni eyni anda qəbul etmək üçün yaradılmışdı. Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzindən dedilər ki, biz xəstəni ancaq ödəniş olaraq 5-10 min depozitlə qəbul edə bilərik. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasından dedilər ki, yerimiz yoxdur..."
İddialarla əlaqədar Kardiologiya İnstitutuna müraciət etdik. Tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, xəstə V.İsayev müəssisəyə son dərəcə ağır aqonal vəziyyətdə - huşu bağlı, təzyiqi ölçülə bilməyən və kəskin ürək çatışmazlığı əlamətləri ilə daxil olub: "Gətirildiyi andan etibarən xəstəyə təcili reanimasyon tədbirlər, kliniki protokollara uyğun diaqnostik və həyati vacib prosedurlar tətbiq edilib. Mərhuma 3 il əvvəl başqa bir mərkəzdə ürəkdaxili defibrilyator (ICD) implantı qoyulub ki, bu da xəstədə qəfil ürək dayanması riskinin əvvəldən yüksək olduğunu göstərirdi.
Xəstənin daxilolma zamanı vəziyyəti geridönüşü olmayan mərhələdə olduğu üçün aparılan intensiv tibbi müdaxilələrə baxmayaraq, vəziyyəti stabilləşdirmək mümkün olmayıb. Mərhumun yaxınlarının səsləndirdiyi iddialarla bağlı bildiririk ki, traxeostomiya və ya digər invaziv müdaxilələrin aparılması üçün tibbi göstəriş olmayıb - aqonal vəziyyətdə bu prosedurlar effekt vermir".
Açıqlamada, həmçinin xəstəxanada kifayət qədər süni tənəffüs aparatının olmaması iddiasına da toxulunub: "Xəstəxanada çarpayı sayına uyğun olaraq süni tənəffüs aparatı mövcuddur, lakin xəstənin süni tənəffüs aparatına ehtiyacı yox idi, saturasiyası 90-95 idi. Xəstədə çox orqan çatışmazlığı əlamətləri və qəfil ürək dayanması olub. Onun başqa klinikaya köçürülməsi həyati göstəricilərin kritik olması səbəbindən tibbi cəhətdən mümkün deyildi.
Xəstənin reanimasiyada yalnız "yatızdırılması" iddiası həqiqətə uyğun deyil - bütün reanimasyon tədbirlər protokollara uyğun şəkildə icra olunub. Məsələyə hüquqi müstəvidə qiymət verilməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət oluna bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 943 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz
Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların
06.10.2026 192 Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika
06.10.2026 191 Bu ərazilərdə səhərə qədər su olmayacaq
Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey
06.10.2026 300 Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas
06.10.2026 248 "Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ
"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy
06.10.2026 226 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
06.10.2026 202 Dünyada yenidən populyarlaşan 10 qədim ad
Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara
06.10.2026 182 Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada
06.10.2026 291 Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza
06.10.2026 187