"Qarabağ" "Ayaks"a məğlub oldu - Yenilənib
UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.
"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Hazırda turnir cədvəlində "Qarabağ" 7 xalla 19-cu, xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.
10 dekabr
UEFA Çempionlar Liqası, VI tur
Saat 21:45, "Qarabağ" - "Ayaks".
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).
*
Komandaların start heyətləri bəlli olub.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov
"Ayaks": Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.
Baş məşqçi: Fred Qrim
*
Matç başladı. Uğurlar, "Qarabağ".
*
Maçtın 10-cu dəqiqəsində Kamilo Duran hesabı açaraq komandamızı önə keçirir.
*
Kasper Dolberq 39-cu dəqiqədə bərabərlik qolunu vurur.
*
Fasilə.
*
İkinci hissə başladı.
*
Matçın 47-ci dəqiqəsində Mateus Silva komandamızı yenidən hesabda önə çıxarır.
*
78-ci dəqiqədə Oskar Qlux hesabı yenidən bərabərləşdirir.
*
83-cü dəqiqədə Anton Qoei komandasını hesabda önə çıxarır.
*
Oskar Qlux 90-cı dəqiqədə dubla imza atır.
*
Matç bitdi. "Qarabağ" doğma meydanda "Ayaks"a məğlub oldu.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 844 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronaldo DÇ-yə vəsiqə qazandıqlarına görə komanda yoldaşlarına 50 minlik saat verdi - Fotolar
Portuqaliya yığmasının ulduzu və kapitanı Kriştianu Ronaldo dünya çempionatına vəsiqə qazanan milli üzvlərinə saat hədiyyə edib. "Qafqazinfo" xəbər verir ki, o, üzərində Portuqaliya bayrağının rənglərini əks etdirən saatları komanda yoldaşlarına mükafat olaraq verib. Hətta, Ronaldo avtomobi
26.11.2025 683 Samir Abasov istefadan imtina etdi - "Neftçi" yolları ayırdı
"Neftçi" baş məşqçi Samir Abasovu istefaya göndərib. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:. "Bu gün "Neftçi" rəhbərliyi və baş məşqçi Samir Abasovun iştirakı ilə görüş keçirilib. Görüşdə komandanın cari mövsümdəki çıxışı müzakir
24.11.2025 627 "Qarabağ" - "Ayaks" oyununun hakimləri açıqlandı
Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununa haim təyinatları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq Ona ya
08.12.2025 299 Respublika stadionunda "Qarabağ"ın oyunu öncəsi vəziyyət necədir? - Video
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Ayaks"la üz-üzə gələcək. "Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonu yağış yağmasına baxmayaraq oyuna hazır vəziyyətdədir
10.12.2025 256 Türkiyəli futbolçu modellə evlənir
Türkiyəli futbolçu Bertuğ Yıldırım evlənir. Axşam.az xəbər verir ki, idmançı portuqaliyalı model Oriana Korreye Qomezlə nikah masasına əyləşməyə hazırlaşır. Belə ki, sevgilisi futbolçunun evlilik təklifinə "Hə" cavabı verib
23.11.2025 713 Messi karyerasında 47-ci titulunu qazandı - SİYAHI
Lionel Messi "İnter Mayami"nin heyətində MLS müntəzəm çempionatının Şərq Konfransının qalibi olaraq, karyerasında 47-ci trofeyi qazanıb. -ya istinadən xəbər verir ki, bu uğur onun bütün zamanların ən çox titul qazanan futbolçusu kimi mövqeyini möhkəmləndirib. Messinin klublarda və milli komandad
30.11.2025 497 Vanda Nara İkardini aliment ödəməməkdə ittiham edir
"Qalatasaray"ın argentinalı ulduz hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Naraya ödəmədiyi alimentlər ortaya çıxıb. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Vanda Nara Argentina mətbuatında iddia irəli sürüb. "Qalatasaray"ın hücumçusunun ciddi miqdard
29.11.2025 365 "Napoli" - "Qarabağ" oyunu təxirə salınır?
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada keçiriləcək "Napoli" - "Qarabağ" oyunu pis hava şəraiti səbəbindən təxirə salına bilər. -a istinadən xəbər verir ki, matçın keçiriləcəyi Neapol şəhərində pis hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, hətt
25.11.2025 785 Yankoviç ikinci dəfə ata oldu - Foto
Monteneqro millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib. O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib. Qeyd edək ki, monteneqrolu futbolçunu
24.11.2025 596