Bakıda yağışın ilk damlaları düşdü, nəqliyyat sistemi isə yenə "ənənəvi ssenarini" işə saldı...

Bakıda yağışın ilk damlaları düşdü, nəqliyyat sistemi isə yenə "ənənəvi ssenarini" işə saldı...Dünən paytaxta yağan yağış bir daha göstərdi ki, Bakının nəqliyyat infrastrukturu hələ də elementar hava dəyişikliklərinə belə hazırlıqsızdır. Qısa müddətli yağışın ardından yollarda yaranan su gölməçələri, dayanacaqlarda saatlarla avtobus gözləyən sərnişinlər və sıxlıq səbəbindən iflic olan küçələr artıq adi mənzərəyə çevrilib. Hər dəfə yağış yağanda təkrarlanan bu tablo, infrastrukturun illərdir danışılan modernləşdirilməsi ilə real vəziyyət arasındakı uçurumu bir daha ortaya qoydu.
Bakıda yağışın ilk damlaları düşdü, nəqliyyat sistemi isə yenə "ənənəvi ssenarini" işə saldı...Mövzu ilə nəqliyyat eksperti İlqar Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, ictimai nəqliyyatla bağlı narazılıqlar pik həddə çatıb. Onun sözlərinə görə, ölkədə çox ciddi kampaniya başlandı və avtomobil yollarında avtobus yolları ayrıldı: "Hətta Sumqayıt-Bakı istiqamətində Şamaxinka ərazisindən, Masazır dairəsinə qədər eyni zamanda Xırdalan dairəsində avtobus zolaqları salınmamışdı. Qısa müddət ərzində o ərazilərdə də avtobus zolaqları salındı.

Ancaq avtomobil parkının özündə çox ciddi problem var. Yəni sərnişin daşınması ilə məşğul olan şirkətlər hamısı özəl şirkətlərdir. "Xaliq Faiqoğlu" şirkəti şəhərin bir hissəsində sərnişin daşınmasını təmin edir. "Baku Bus" MMC isə şəhərin digər hissəsini sərnişin daşınması ilə təmin edir. Şirkətlərin maliyyə problemləri var. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bu məsələdə müdaxilə imkanları çox zəifdir. Ümumiyyətlə AYNA ictimai nəqliyyatın təşkilində bacarıqlarını ortaya qoya bilmir. Bakı şəhərinin nəqliyyat sistemi artıq iflasa uğrayıb. Rayonlardan Bakı şəhərinə əhalinin axını, eyni zamanda şəhərdə şəxsi avtomobillərin sayının kəskin şəkildə artması tıxacları hər keçən gün dahada artırır. Su kanalizasiya sistemləri əvvəllər daha az yüklənmişdirsə, hazırda su kanalizasiya sistemləri olduğu kimi qalır, lakin əhalinin və mənzillərin sayı 3-4 dəfə artıb.

Bunun nəticəsində də azacıq yağış yağan kimi şəhər sel sularına qərq olur. Şəhər sel sularına qərq olanda da avtomatik olaraq nəqliyyatın hərəkət intensivliyini iflic edir. Ona görədə əhali məcbur yağışlı, qarlı havalarda taleyi ilə barışıb. Şəhərdə yağışlı havalarda drenaj sistemləri qurulmayıb. Məsələn, mən bu yaxınlarda Almaniyanın Berlin şəhərinə səfər etdim. Almaniyada yeraltı anbarlar yaradıblar və yağış sularının həmin anbarlara axması üçün çox gözəl sistem qurublar. Yəni yağış suları anbarlara dolur və həmin sudan məişətdə istifadə olunur. Su qıtlığı ilə bağlı Azərbaycan çox ciddi böhran yaşayan ölkələr arasındadır.

Ölkəmizdə də bu sistem qrulub və yağış suları məişətdə istifadə oluna bilər. Sumqayıt şəhərində isə ictimai nəqliyyat Allahın ümidinə köhnə avtobuslarla fəaliyyət göstərir. Köhnə avtobuslar isə xarab olur və xəttdən çıxarılır. Ona görədə sərnişinlər dəqiqələrlə avtobus gözləyirlər Nə vaxta kimiki ölkədə avtombil parklarında ən azı 10 illik istismar müddəti tələblərinə cavab verən parklar qurulmayacaq, nəqliyyat problemi dərinləşəcək və bundan da pis olacaq. Sumqayıtda mənzillər Bakı ilə müqayisədə nisbətən ucuz olduğu üçün əhali daha çox Sumqayıtda məskunlaşır. Xəzər dənizinin sahili boyunca Sumqayıtda yeni şəhərciklər salınıb. Binaların sayı artır. Artıq Sumqayıtın mərkəzi prospektlərində tıxac müşahidə olunur. Ona görədə əhalinin sayı artdıqca, nəqliyyatda əhalinin təlabatına cavab verməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

06.10.2026 226
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

06.10.2026 188
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

06.10.2026 373
.

Ukrayna qış öncəsi maliyyə böhranı ilə üzləşir

Ukrayna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu vəziyyət Prezident Volodimir Zelenskini qış ərəfəsində çətin duruma salır. " xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zelenski bu həft

06.10.2026 198
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 237
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

06.10.2026 222
.

Həmin məlumatı verənləri pul mükafatı gözləyir

Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy

06.10.2026 418
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

06.10.2026 211
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

06.10.2026 203
.