Hansı peşələr riskdədir?-AÇIQLAMA

Hansı peşələr riskdədir?-AÇIQLAMA"Süni intellekt (Sİ) və avtomatlaşdırma texnologiyaları ilk növbədə insanların işini tam əvəz etmək üçün deyil, onların yükünü azaltmaq, təkrarlanan və rutin tapşırıqları avtomatlaşdırmaq məqsədi ilə inkişaf etdirilib. Yəni Sİ "peşələri əvəz edəcək" deyil, daha çox "peşələrin fəaliyyətini dəstəkləyəcək" və insanı yaradıcı və strateji işlərə yönəldəcək bir vasitədir.

Rutin və strukturlaşdırılmış tapşırıqlara, məsələn məlumatların daxil edilməsi, standart hesabatların hazırlanması və müəyyən növ müştəri-çağrı xidmətləri daxildir. Araşdırmalar göstərir ki, ABŞ-da işçilərin təxminən 19%-i Sİ-nın ən yüksək təsirinə məruz qalacaq peşələrdə çalışır; dünya səviyyəsində isə təxminən 40%-ə qədər iş "təhlükə altında ola bilər". Bu isə tam əvəzlənmə deyil, daha çox iş proseslərinin əhəmiyyətli dərəcədə dəyişməsi anlamına gəlir. Mütəxəssislərin proqnozlarına görə, 2030-cu illərdə təxminən 30% iş avtomatlaşdırıla biləcəkdir".

Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.

O, qeyd edib ki, tam əvəzlənmə mümkündürmü?

"Tam əvəzlənmə, yəni insan olmadan işin eyni keyfiyyət və məsuliyyətlə aparılması, yalnız bəzi sahələr üçün mümkündür. Kompleks sosial qarşılıqlı əlaqə, yaradıcılıq, etik qərarvermə və qeyri-strukturlaşdırılmış mühitdə adaptasiya tələb edən işlər hələ də çətin əvəz olunur. Əksər araşdırmalar göstərir ki, süni intellekt əvəz etməkdən çox "tamamlayıcı" rol oynayacaq - yəni insan və maşın birgə işləyəcək. Federal Reserve Bank of Dallas-ın araşdırmasına görə, indiyə qədər Sİ-nın geniş miqyasda iş yerlərini əvəz etdiyinə dair güclü sübut yoxdur. İş bazarındakı dəyişikliklər isə yalnız texnologiyadan deyil, qanunvericilikdən, sosial strukturlardan, təhsil sistemindən və biznes modellərindən də asılıdır.

Hansı peşələr daha çox riskdədir?
Strukturlaşdırılmış və təkrarlanan əməliyyatları olan peşələr daha yüksək risk daşıyır. Eyni zamanda, məlumatların çox olduğu sahələr və Sİ üçün zəngin "data" olan hissələr daha tez avtomatlaşdırıla bilər. Yüksək bacarıq tələb edən, yaradıcılıq və kritik qərar vermə tələb edən sahələr isə hələ daha təhlükəsiz hesab olunur.

İşçilər və cəmiyyət üçün nəticələr nədir və necə hazırlaşmaq lazımdır?
Texnologiyaya uyğun bacarıqların inkişaf etdirilməsi vacibdir. Rəqəmsal savad, adaptasiya bacarığı, yaradıcılıq və kritik düşüncə kimi "insana xas" bacarıqlar gələcəkdə dəyərli olacaq. Dövlətlər və bizneslər üçün isə təhsil-təlim sistemlərinin yenilənməsi, işçi qüvvəsinin yenidən təhsili (reskilling/upskilling) həyati əhəmiyyət kəsb edir. Bu, həm işçilərin, həm də cəmiyyətin süni intellekt və avtomatlaşdırmanın təsirlərinə hazırlıqlı olmasını təmin edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu içki sağlamlığınız üçün TƏHLÜKƏLİDİR: Kardioloqdan XƏBƏRDARLIQ

Kardioloq Ceremi London ürək sağlamlığı üçün ən zərərli hesab etdiyi qida və vərdişlərdən danışıb. Onun sözlərinə görə, bəzi məhsulların müntəzəm qəbulu ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır və onlardan mümkün qədər uzaq durmaq lazımdır. -ın xarici mediaya istinadən xəbərinə görə

08.07.2026 283
.

Yumurtanı hansı vaxt yemək arıqlamağa kömək edir?

Yumurta həm yüksək keyfiyyətli zülal mənbəyi, həm də orqanizm üçün vacib vitamin və minerallarla zəngin qidalardan biridir. Mütəxəssislər bildirirlər ki, düzgün vaxtda qəbul edildikdə yumurta arıqlama prosesini dəstəkləyə və uzun müddət toxluq hissi yarada bilər. ən düzgün vaxtı təqdim edir:. Yumurt

08.07.2026 284
.

Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl

08.07.2026 290
.

Düyünü bişirməzdən əvvəl yumamaq olar? - CAVAB

Bir çox insan düyünü bişirməzdən əvvəl dəfələrlə yuyur. Ən geniş yayılmış fikir isə budur ki, bu üsul düyünü daha dənəvər edir və bişərkən yapışmasının qarşısını alır. -ın xarici mediaya istinadən xəbərinə görə, lakin Avstraliya alimlərinin apardığı yeni araşdırma göstərib ki, düyünü yumağın əsl səbəb

08.07.2026 265
.

Tramp Zelenski ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. xəbər verir ki, onlar Ankarada NATO Sammiti çərçivəsində görüşüblər. "Biz Zelenskiylə yaxşı münasibətlər qurmuşuq. Oval Ofisdən bu günə qədər", - Tramp bildirib

08.07.2026 307
.

Bəhreyn ordusu bir neçə İran hücumunun qarşısını aldığını bildirib

Bəhreyn ordusunun verdiyi məlumata görə, ölkənin hava hücumundan müdafiə qüvvələri cümə axşamı İranın bir neçə hava hücumunu ələ keçirib və məhv edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Bəhreyn Müdafiə Qüvvələri X-də bildirib ki, "mülki şəxsləri və şəxsi mülkləri hədəf almaq üçün raket və dronlarda

11:02 155
.

Qızılın ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,49% azalaraq 4 137 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c

08.07.2026 255
.

İsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"

İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib. xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi"

08.07.2026 290
.

"Qoyun-quzunu limuzində daşımalıdırlar?!" - Rəsmi cavab

Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. "Qafqazinfo" xəbər verir ki, sözügedən qəra

11:48 192
.

TOP MP3