"Ümummilli lider Heydər Əliyev hər zaman dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutub" - Emil Əkbərov

"Ümummilli lider Heydər Əliyev hər zaman dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutub" - Emil Əkbərov"Ulu Öndər, dahi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevi vəfatının 22-ci ildönümündə hörmət və ehtiramla anırıq".

Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib.

Emil Əkbərov qeyd edib ki, ulu öndər Heydər Əliyev, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkənin inkişafı istiqamətində atdığı addımlarla böyük döşlər bir irs qoyub. Bu gün cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirir:

"Ümummilli lider Heydər Əliyev her zaman dövlətinin və və xalqının mənafeyini hər şeydən üstün tutub. Hətta o, Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət idi. Heydər Əliyev müstəqil dövlətimizin qurucusu Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.Hər zaman xalqımızın, dövlətimizin inkişafı, tərəqqi üçün çalışan Ulu Öndər Heydər Əliyev ömrünün sonuna qədər müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün fədakarlıqla çalışıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlətimizi zamanın ağır və sərt sınaqlarından çıxara bilib. Ən önəmlisi isə, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə "Heydər Əliyev dövrü" kimi əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyev xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi güclü, dərin və universal biliyə, qətiyyətə, qeyri-adi yaddaşa, tükənməz səbirə, uzaqgörənliyə və müdrikliyə sahib idi".

Emil Əkbərov qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın qarşısında geniş imkanlar açdı:

"Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə onun gücünün və siyasi iradəsinin şahidi oldu. Dövlətinin, xalqının gələcəyini düşünən rəhbər hər zaman inkişaf konsepsiyasını elə hədəflər üzərində qurur ki, davamlı inkişaf qaçılmaz olur. Zamanında Ulu Öndər bu nümunəni nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev hazırladığı iqtisadi strategiyası ilə Azərbaycanı müstəqilliyinin yenidən bərpasının ilk illərinin çətinliklərindən, bəlalarından xilas etdi.Əlbəttə, müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb.

1993-2003-cü illərdə dövlətçilyimzin əsasları yaradıldı və bu günə qədər də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Emil Əkbərov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarmızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu söyləyib:

"Ümummilli liderin bu arzusu onun layiqli davamçısı, güclü sərkərdə, Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılıb. Ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu düşmənin belini qıraraq ərazi bütövlüyümüzü bərpa etdi. Üçrəngli bayrağımız Qarabağın döyünən ürəyi olan Şuşada, Kəlbəcərdə, Xankəndində və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanmaqdadır. Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi planları cənab Prezident İlham Əliyev uğurla həyata keçirməkdədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 606   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah da hava yağışlı olacaq

Oktyabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinc

06.10.2026 267
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

06.10.2026 187
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 159
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

06.10.2026 188
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

06.10.2026 275
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

06.10.2026 249
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

06.10.2026 126
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

06.10.2026 373
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 183
.