1 manatlıq təhlükə: Ucuz qablar və çaydanlar süfrəmizə nə qatır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

1 manatlıq təhlükə: Ucuz qablar və çaydanlar süfrəmizə nə qatır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon dövrlər "nə alırsan 1 manat" mağazaları xüsusilə məişət əşyaları alanlar üçün cəlbedici ünvana çevrilib. Plastik qablar, elektrik çaydanları, xırda mətbəx ləvazimatları - hamısı ucuz, hamısı əlçatan. Ancaq bu ucuzluğun arxasında alıcının çox zaman düşünmədiyi bir sual dayanır: bu məhsullar nə qədər təhlükəsizdir?

Adi müşahidə kifayətdir ki, bu mağazalarda satılan qabların əksəriyyətində istehsalçı barədə dolğun məlumat yoxdur. Material tərkibi, hansı standartlara cavab verdiyi, qida ilə təmas üçün uyğunluğu - bunlar ya ümumiyyətlə qeyd edilmir, ya da oxunmaz formada yazılır. Xüsusilə isti yeməklər üçün istifadə olunan plastik qablar zamanla formasını dəyişir, qoxu verir və bu da onların keyfiyyəti ilə bağlı ciddi şübhələr yaradır.

Elektrik çaydanları isə ayrıca diqqət tələb edən mövzudur. Gündə bir neçə dəfə qaynar su hazırlanan bu cihazların daxili hissəsində istifadə olunan plastik və metal detalların keyfiyyəti olduqca önəmlidir. Ucuz çaydanlarda ilk həftələrdə hiss olunan kəskin qoxu təsadüfi deyil. Bu, materialın temperaturun təsiri ilə reaksiyaya girməsinin açıq əlamətidir. İstifadəçi isə bu prosesi gündəlik olaraq, fərqinə varmadan davam etdirir.

Məsələnin kökü yalnız alıcının seçimində deyil. Daha ciddi problem bazara nəzarətin zəif olmasıdır. Qiyməti ilə seçilən, amma mənşəyi və keyfiyyəti sual altında olan məhsullar rahatlıqla satışa çıxarılır. Nəticədə məsuliyyət birbaşa vətəndaşın üzərinə düşür: ya risk edərək ucuz məhsul alır, ya da təhlükəsizliyə üstünlük verib daha baha variantlara yönəlir.

Ucuzluq hər zaman qazanc deyil. Xüsusilə də söhbət gündəlik istifadə etdiyimiz, birbaşa qida və su ilə təmasda olan əşyalardan gedirsə. Bir manatlıq məhsulun görünməyən tərəfi bəzən sağlamlıq üçün ödənilən daha ağır qiymətə çevrilə bilər. Bu reallığı qəbul etmədən ucuzluğun cazibəsinə qapılmaq isə uzunmüddətli nəticələr baxımından ən riskli seçimdir.
1 manatlıq təhlükə: Ucuz qablar və çaydanlar süfrəmizə nə qatır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Amalya Rəhimova BiG.AZ-a açıqlamasında bildirdi ki, "Nə alırsan 1 manat’ mağazalarında satılan ucuz plastik qablar və elektrik çaydanları ciddi sağlamlıq riskləri yarada bilər. Onun sözlərinə görə, bu məhsulların əksəriyyəti qida ilə təmas üçün nəzərdə tutulmayan, keyfiyyətsiz plastik və metallardan hazırlanır: "Xüsusilə isti su və yüksək temperatur zamanı bu qablar toksik maddələr buraxa, həmin maddələr isə uzunmüddətli istifadə zamanı orqanizmdə yığıla bilər. İnsanlar ucuzluğa aldanaraq gündəlik həyatlarında sağlamlıqlarını təhlükəyə atdıqlarının fərqində olmurlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1189   Tarix: 17 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

13:39 214
.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

16:20 127
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

18:45 1
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

12:42 253
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

14:23 209
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə

11:16 183
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

21:45 1
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 184
.