Amnistiya qərarı dövlətin özünə inamının göstəricisidir" - SİYASİ EKSPERTDƏN AÇIQLAMA
"Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiya təşəbbüsü sıradan hüquqi addım deyil, dövlət və cəmiyyət münasibətlərində yeni mərhələnin siyasi-ideoloji ifadəsidir. Bu qərar bir tərəfdən hüquqi humanizmin təzahürüdürsə, digər tərəfdən daxili siyasi strategiyanın incə hesablanmış elementidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert əlavə edib ki, Amnistiyanın məhz Konstitusiya və Suverenlik İli ilə əlaqələndirilməsi təsadüfi deyil. Bu, Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, milli suverenliyin yalnız hərbi-siyasi deyil, həm də sosial-psixoloji müstəvidə möhkəmlənməsi mesajını verir. Bu o deməkdir ki, dövlət eyni zamanda, mərhəmət və ədalət balansını da qoruyur.
" Vətən müharibəsi və 2023-cü ilin sentyabr antiterror əməliyyatlarında iştirak edənlərin, şəhid və itkin düşənlərin ailə üzvlərinin, əlillərin, qadınların, yaşlıların və yetkinlik yaşına çatmayanların amnistiya çərçivəsinə daxil edilməsi hakimiyyətin sosial ədalət prinsipinə verdiyi önəmi ortaya qoyur. Bu, cəmiyyətin həssas təbəqələrinə yönəlmiş konkret siyasi və mənəvi dəstəkdir.
Hesab edirəm ki, daxili siyasi baxımdan bu addım ictimai konsolidasiyanı gücləndirir. Postmüharibə dövründə formalaşan yeni milli kimlik və qalib xalq psixologiyası sosial barış mühitində daha da möhkəmlənir. Hakimiyyət bu qərarla cəmiyyətə açıq mesaj verir ki, dövlət yalnız cəza mexanizmi deyil, eyni zamanda sosial reinteqrasiya və ikinci şans institutudur.
Eyni zamanda, amnistiya qərarı dövlətin özünə inamının göstəricisidir. Güclü və sabit hakimiyyət humanist qərarlar qəbul etməkdən çəkinmir. Bu, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm siyasi siqnaldır. Bu o anlama gəlir ki, Azərbaycan hüquqi dövlət olaraq cəza siyasətində belə insan amilini ön planda saxlayır.
Qeyd edim ki, amnistiya təkcə minlərlə insanın taleyinə təsir edən hüquqi akt deyil. O, Prezident İlham Əliyevin idarəetmə fəlsəfəsinin güclü dövlət, humanist siyasət və cəmiyyətlə qarşılıqlı etimad modelinin praktik təzahürüdür. Dövlət bu addımla həm hüquqi suverenliyini, həm də mənəvi üstünlüyünü nümayiş etdirir, "-deyə B.Quliyev bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1025 Tarix: 17 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
13:39 214 Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika
16:20 127 Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma
18:45 1 Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə
Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas
12:42 253 "Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür
"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet
14:23 209 Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır
Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə
10:42 176 Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə
11:16 183 Melonidən qeyri-adi qərar
İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard
21:45 1 Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA
Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini
12:33 184