Azərbaycanda ciyərləri zədələyən virus yayılır? - Rəsmi açıqlama
Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə "COVID-19" virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda müşahidə olunan xəstəliklər mövsümi xarakter daşıyır.
Onun sözlərinə görə, payız-qış mövsümündə qrip və digər kəskin respirator virus infeksiyaları (KRVİ) ətraf mühitdə aktiv dövr edir. Bu infeksiyaların törətdiyi əlamətlər bir-birinə çox oxşar olduğundan klinik olaraq onları ayırmaq mümkün deyil. Yalnız laborator müayinələr əsasında konkret virusu müəyyən etmək olar.
Təyyar Eyvazov qeyd edib ki, fəsli qrip xüsusilə həssas qruplarda daha ağır keçir və bəzi hallarda ağciyərlərin zədələnməsi ilə nəticələnə bilər. Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması kimi əlamətlərlə müraciət edən şəxslərdən götürülən yaxmalar zamanı əsasən fəsli qrip və digər respirator viruslar təsdiqlənir.
Mütəxəssis kəskin respirator virus infeksiyalarının qarşısının alınması üçün qeyri-spesifik tədbirləri də xatırladıb. Bunlara şəxsi gigiyenaya riayət edilməsi, əllərin tez-tez yuyulması, öskürək və asqırıq zamanı tənəffüs gigiyenasına əməl olunması, xəstə insanlarla yaxın təmasdan çəkinmək, izdihamlı məkanlardan uzaq durmaq və tez-tez istifadə olunan səthlərin təmizlənməsi daxildir. Həmçinin xəstə şəxslərin, xüsusilə uşaqların evdə qalması, körpələrin isə ana südü ilə qidalanmasının davam etdirilməsi tövsiyə olunur.
Mövzu ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Əminə İsmixanova da Modern.az-a açıqlama verib. O bildirib ki, "COVID-ə bənzər virusun yayılması" ilə bağlı yayılan məlumatlar əhali arasında əsassız təşviş yaradıb.
Həkimin sözlərinə görə, hazırda rast gəlinən hallar əsasən qrip və digər kəskin tənəffüs virus infeksiyalarının mövsümi artımı ilə əlaqədardır və ciddi narahatlıq üçün əsas yoxdur. Bu xəstəliklər yüksək hərarət, halsızlıq, oynaq ağrıları, bəzən dəri səpgiləri, daha çox isə davamlı öskürək və boğulma hissi ilə müşahidə olunur.
Əminə İsmixanova belə hallarda otaqların mütəmadi havalandırılmasını, bol maye qəbulunu və immuniteti gücləndirən qidaların istifadəsini tövsiyə edib. O qeyd edib ki, yüksək hərarət 4-5 gündən artıq davam edərsə, səpgilər yaranarsa və ya öskürək güclənərsə, mütləq həkimə müraciət olunmalıdır. Çünki ikincili bakterial infeksiya və müxtəlif ağırlaşmalar yarana bilər.
Həkim həmçinin xəbərdarlıq edib ki, özbaşına və qeyri-peşəkar məsləhətlərlə dərman qəbul etmək yolverilməzdir. Zərurət yarandığı halda vətəndaşlar icbari tibbi sığorta çərçivəsində ödənişsiz şəkildə həkim konsultasiyasından və müayinələrdən yararlana bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1091 Tarix: 17 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
13:39 214 Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika
16:20 127 Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma
18:45 1 Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə
Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas
12:42 253 "Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür
"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet
14:23 209 Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır
Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə
10:42 176 Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə
11:16 183 Melonidən qeyri-adi qərar
İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard
21:45 1 Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA
Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini
12:33 184