Bakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək oldu

Bakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək olduİnnovasiya lideri Bakcell "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təsis edilən "Kaşalata" kafede "İnklüzivlikdə İnnovativ Həllər" adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu sahədə mövcud innovativ həll modellərini müzakirə etmək olub. Tədbirdə dövlət, özəl şirkət, həmçinin QHT və media nümayəndələri də daxil olmaqla ümumilikdə 40-a yaxın qonaq iştirak edib.

Tədbir çərçivəsində inklüziv cəmiyyətin qurulmasında tətbiq edilən ən son yeniliklər, bu sahədə məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modellərinin tətbiqi ətrafında geniş müzakirələr aparılıb. "Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən müzakirədə millət vəkili Fariz İsmayılzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi və Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış ediblər.

"Bakcell olaraq innovasiya yanaşmamızın əsasında cəmiyyətin hər bir üzvü üçün müasir imkanlar yaratmaq dayanır. "Birgə və Sağlam" ilə güclü əməkdaşlığımız inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində davamlı dəstəyin göstəricisidir və biz bu kimi təşəbbüsləri gələcəkdə artırmağı hədəfləyirik", - deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib.

Bakcell inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyası çərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafını, bərabər imkanların yaradılmasını və inklüziv yanaşmaların genişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyata keçirir. Şirkət yeni texnoloji və sosial təşəbbüslər vasitəsilə cəmiyyətin dayanıqlı inkişafına töhfə verir.

"Birgə və Sağlam" İctimai Birliyi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir, autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyata keçirir. "Birgə və Sağlam" İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş "Kaşalata" kafe neyro-müxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək olduBakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək olduBakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək olduBakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək oldu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 838   Tarix: 17 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

13:39 214
.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

16:20 127
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

18:45 1
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

12:42 253
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

14:23 209
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə

11:16 183
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

21:45 1
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 184
.