Ölkəmizdə humanizmin növbəti təntənəsi

Ölkəmizdə humanizmin növbəti təntənəsiAzərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Prezident İlham Əliyevin amnistiya elan edilməsi ilə bağlı təşəbbüs irəli sürməsi xalqımıza növbəti sevinc bəxş edəcək bir addım kimi dəyərləndirilməlidir. On minlərlə ailənin şadlığına səbəb olacaq bu təşəbbüs Prezident İlham Əliyevin yüksək humanizm dəyərlərinə söykənən siyasətinin daha bir təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu yeni müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi Prezident İlham Əliyevin siyasi-hərbi diplomatik qələbələri ilə tam təmin edilib.Vaxtilə Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş və müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmış Azərbaycan Respublikasının Konstitusiyası bütün ərazilərimizdə hüquqi qüvvəyə minib. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində əldə edilən tarixi qələbələr xalqımızın həyatında bütün sahələrdə mühüm hadisələrin yaşanmasına da birbaşa rəvac verib. Elə "Konstitusiya və Suverenlik İli" münasibətilə Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etməsinin özünün də rəmzi mənası var.
Belə ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi kimi nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Prezident tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Mərhəmət və humanizm kimi ali mənəvi keyfiyyətləri daim əldə rəhbər tutan Prezident İlham Əliyev ənənəvi olaraq bayramlar ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır, minlərlə ailəni sevindirir.
Xatırladaq ki, 2021-ci ildə Qələbəmizin bir ili münasibəti ilə, Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunan amnisitiya aktı da bu xoş ənənin növbəti göstəricisi idi. Zəfər Günü münasibətilə elan olunmuş amnistiya 17 min 267 şəxsə şamil edilmişdir.
Ümumiyyətlə, dövlətimizin rəhbəri İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən dövlət siyasətindən irəli gəlir. Humanizmə köklənmiş siyasət nəticəsində verilən amnistiya aktları, əfv sərəncamları çoxsaylı məhkuma insan üçün ən böyük hədiyyə olan azadlıq verir.
Prezidentin təşəbbüsü ilə gerçəkləşdiriləcək növbəti amnistiya Azərbaycanın müstəqillik tarixinə ən böyük akt kimi düşəcək. "Konstitusiya və Suverenlik İli"ndə irəli sürülən və ali insani dəyərlərə əsaslanan bu təşəbbüs həm də vətən qarşısında borcunu layiqincə yerinə yetirən, onun ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında xidmətləri olan şəxslərin və onların yaxınlarının da bağışlanmasını özündə ehtiva etməsi ilə diqqət çəkir.
Bütün bunlar Azərbaycan dövlətinin hər bir vətəndaşına verdiyi dəyərin bariz nümunələridir.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 892   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

13:39 214
.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

16:20 127
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

18:45 1
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

12:42 253
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

14:23 209
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə

11:16 183
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

21:45 1
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 184
.