Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlindən etibarən bu istiqamətdə bəzi simvolik addımlar atacağıq", - deyə qeyd edib.

Artıq sirr deyil ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Azərbaycan-Ermənistan sülh sazişi ilə paralel şəkildə və böyük ölçüdə ondan asılı olaraq irəliləyir. Bu yanaşmanın 2026-cı ildə də davam edəcəyi istisna edilmir!.

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev qeyd edib.

O, bildirib ki, Ərdoğanın "simvolik addımlar" ifadəsi diplomatik münasibətlərin dərhal və tam bərpasını deyil, uzun illər bağlı qalan kanalların mərhələli şəkildə açılmasını nəzərdə tutur. Buraya yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, xüsusi nümayəndələr formatının genişləndirilməsi, humanitar və mədəni təmasların artırılması, eləcə də sərhədlə bağlı texniki müzakirələrin intensivləşdirilməsi daxil ola bilər:

"2026-cı ildə isə prosesin daha praktik mərhələyə keçməsi ehtimalı yüksək qiymətləndirilir. Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa və regional kommunikasiyaların açılması kimi əsas prinsipial məsələlər hüquqi çərçivəyə salınsa, Türkiyə-Ermənistan xəttində də real dəyişikliklər baş verə bilər. Bu dəyişikliklər quru sərhədinin müəyyən formatda açılması, ticarət və nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpası, həmçinin Ermənistanın regional layihələrdə iştirak imkanlarının yaranması ilə müşayiət oluna bilər.

Ərdoğan bununla mühüm bir mesaj da verir: Ankara bu prosesi təkbaşına deyil, Bakı ilə tam koordinasiya şəraitində aparacaq. Yəni Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanın maraqlarından kənar və ya onlara zidd formada həyata keçirilməyəcək. Bu yanaşma həm İrəvana, həm də prosesi diqqətlə izləyən Qərb və Rusiya kimi beynəlxalq aktorlara ünvanlanan strateji siqnal kimi qiymətləndirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

16:46 282
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

13:00 233
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

21:45 1
.

Məşhur TikToker məhkəmədə ağladı

Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona

20:00 1
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

12:39 192
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 180
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

19:30 1
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 204
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.