Sualtı "fırtınalar" Qiyamət buzlağını məhv edir: Alimlər nəticələri proqnozlaşdırdı

Sualtı "fırtınalar" Qiyamət buzlağını məhv edir: Alimlər nəticələri proqnozlaşdırdıGüclü burulğanlı sualtı "fırtınalar" Antarktidada yerləşən iki əsas buzlağın şelf buzlarını sürətlə əridir. Alimlərin fikrincə, bu proses qlobal dəniz səviyyəsinin yüksəlməsi baxımından "uzaqmənzilli nəticələrə" səbəb ola bilər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, söhbət Pаyn-Aylend buzlağından və onun yaxınlığında yerləşən, "Qiyamət buzlağı" kimi tanınan Tuveyts buzlağından gedir. Tədqiqat müəllifləri bildirirlər ki, bu araşdırma okeanın şelf buzlaqlarını mövsümlər və ya illər deyil, məhz saatlar və günlər ərzində necə əridə bildiyini sistemli şəkildə araşdıran ilk işdir.

Tədqiqatın diqqət mərkəzində olan sualtı "fırtınalar" submezomiqyaslı proseslər adlanır və bunlar sürətlə dəyişən, fırlanan okean burulğanlarıdır.

Araşdırmanın müəllifi və NASA-nın elmi əməkdaşı Mattia Poynelli bu prosesi belə izah edib: "Bu burulğanları fincanda suyu qarışdırarkən yaranan kiçik girdablar kimi təsəvvür edin, sadəcə çox daha sürətli fırlanırlar".

Okeanda isə bu burulğanlar nəhəng ölçülərə malikdir və diametri 10 kilometrədək çata bilər. Onlar isti və soyuq su kütlələrinin qarşılaşdığı ərazilərdə formalaşır.

Burulğanlar açıq okeanda yaranaraq buz şelflərinin altına doğru hərəkət edir. Buz şelfinin kobud alt səthi ilə dəniz dibi arasında sıxışan bu girdablar okeanın dərinliklərindən daha isti suyu yuxarı qaldırır. Nəticədə isti su buzla "toqquşaraq" ərimə prosesini sürətləndirir.

Alimlər bu sualtı fırtınaların təsirini öyrənmək üçün kompüter modellərindən və okeanoqrafik cihazlardan əldə olunan real məlumatlardan istifadə ediblər. Nəticədə müəyyən edilib ki, digər qısamüddətli proseslərlə birlikdə bu fırtınalar doqquz aylıq dövrdə hər iki buzlaqda baş verən ərimənin təxminən 20 faizinə səbəb olub.

Poynellinin sözlərinə görə, fırtınaların xaotik təbiətinə görə onların dəqiq payını müəyyən etmək çətindir, lakin görünür ki, qısa zaman kəsiyində bu hadisələr çox böyük rol oynayır.

Tədqiqatçılar həmçinin narahatedici bir müsbət geribildirim dövrünə diqqət çəkiblər. Fırtınalar buzu əridikcə okeana daha çox soyuq şirin su daxil olur. Bu su altda yerləşən daha isti və duzlu su ilə qarışaraq okeanda turbuletliyi artırır və bu da öz növbəsində buzların əriməsini daha da sürətləndirir.

Kaliforniya Universitetinin nəzdində fəaliyyət göstərən Skripps Okeanoqrafiya İnstitutunun tədqiqatçısı Lia Siqelman bildirib ki, iqlimin istiləşməsi şəraitində bu müsbət geribildirim dövrü daha da güclənə bilər.

Nəticələr son dərəcə ciddi ola bilər. Çünki şelf buzlaqları buzlaqların okeana doğru sürüşməsini ləngidən mühüm baryer rolunu oynayır. Təkcə Tuveyts buzlağında dəniz səviyyəsini 60 santimetrdən çox qaldıra biləcək qədər su ehtiyatı mövcuddur. Üstəlik, bu buzlaq Antarktidanın nəhəng buz örtüyünü saxlayan bir növ "tıxac" funksiyasını yerinə yetirdiyindən, onun çökməsi uzunmüddətli perspektivdə dəniz səviyyəsinin təxminən 3 metr qalxmasına gətirib çıxara bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

16:46 282
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

13:00 233
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

21:45 1
.

Məşhur TikToker məhkəmədə ağladı

Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona

20:00 1
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

12:39 192
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 180
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

19:30 1
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 204
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.