"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"
Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur.
"Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb.
O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restoranda rastlaşıb: "Keçən həftənin beşinci günü ailəmlə metronun "Nərimanov" stansiyası yaxınlığında yerləşən "Qoç ət" restoranına getmişdik. Açığı, həmişə oranın ətinin tərifini eşitdiyimdən, dedim budəfəlik dietanı dayandırım və dönər növlərindən birini yeyim. Təəssüf ki, yeməyin içindən təxminən 20 sm-lik saç teli çıxdığı üçün yeməyi yarıda saxlayıb hesabı istədik. Dönər növlərindən başqa bütün əvvəlki sifarişlərin haqqını ödəyib məkanı tərk etdik.
Düzü, mənim gözləntim o idi ki, "Qoç Ət" kimi sanballı brend hansı ki, öz əti ilə ön plana çıxmaqla yanaşı, hətta Ramazan ayında yalnız iftardan sahura qədər fəaliyyət göstərir - satışdan həmin dönəri dərhal yığışdıracaq. Amma yanılmışam. Çünki çıxanda gördük ki, bu neqativ hal "Qoç Ət" komandasının heç vecinə də deyil. Dönərçi dönər şişində fırlanan eyni ətlə heç nə olmamış kimi işinə davam edirdi. Bu isə o deməkdir ki, növbəti müştərilərin qarşısına təxminən 20 sm uzunluğunda saç teli çıxmasa da, eyni ət onlara servis olunmağa davam edəcək".
Məsələ ilə əlaqədar restoranla əlaqə saxladıq.
"Qoç ət"dən sorğumuza cavab olaraq bildirildi ki, bu halın yaşanması qeyri-mümkündür: "Bu məlumat barəsində ciddi şəkildə araşdırılma prosesi həyata keçirilir. Sadəcə olaraq deyə bilərik ki, bizim restoranlarda dönərçi vəzifəsində çalışan əməkdaşlar saçları qısa olan kişilərdir və müştərilərə xidmət göstərən ofisiantlar da həmçinin. Bu səbəbdən də 20 sm-lik tükün yeməyə düşməsi qeyri-mümkündür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1060 Tarix: 18 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl
16:46 282 Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada
13:00 233 Melonidən qeyri-adi qərar
İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard
21:45 1 Məşhur TikToker məhkəmədə ağladı
Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona
20:00 1 Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?
"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun
12:39 192 Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı
"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs
14:42 180 Evdə stress yaradan 5 şey
Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss
19:30 1 Duracaq və qarajlarla bağlı - Dəyişiklik
"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy
12:23 204 Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
10:22 321