Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qururTibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir.

Qaynarinfo xəbər verir ki, Himalayın qəlbində səssizcə ucalan bu nəhəng qurğu təkcə çayların istiqamətini deyil, Asiyanın taleyini də dəyişdirməyə namizəd görünür. Çinin ciddi məxfilik şəraitində reallaşdırdığı bu meqalayihə müasir mühəndisliyin sərhədlərini zorlayır və eyni zamanda yaratdığı geosiyasi risklərlə bütün dünyanı narahat edir. Bəs Tibetin sərt qayalıqları arasında inşa olunan bu nəhəng bənd niyə qonşu ölkələr üçün "su bombası" kimi dəyərləndirilir?

Himalayda enerji savaşı: Çinin 168 milyard dollarlıq nəhəng addımı

Tibetin çətin coğrafiyasında, Yarlunq Tsanqpo çayı üzərində ucaldılan layihə artıq sadəcə enerji yatırımı olmaqdan çıxıb. Çin bu sistem üçün təxminən 168 milyard dollar ayıraraq dünyanın ən çox elektrik enerjisi istehsal edən obyektinə sahib olmağı planlaşdırır. Xüsusilə elektrik avtomobillərinin sürətlə yayıldığı və enerjiyə böyük tələbat göstərən süni intellekt modellərinin yarışdığı bir dövrdə Pekin bu addımı gələcəyin açarı kimi görür.

Dağların içindən axan sular: Mühəndisliyin ən son həddi

Mütəxəssislər bu layihəni "dünyanın gördüyü ən qeyri-adi sistem" kimi xarakterizə edirlər. Bunun səbəbi anbarın işləmə prinsipidir. Mühəndislər dağların içindən nəhəng tunellər qazaraq suyun təxminən 2 min metrlik hündürlük fərqi ilə aşağı buraxılmasını hədəfləyirlər. Bu misilsiz düşüş indiyədək heç bir bənddə müşahidə olunmamış güc yaradacaq. Lakin "Asiyanın su qülləsi" kimi tanınan bu bölgədə çayların nəzarət altına alınması təbiətin tarazlığı üçün böyük risk kimi qiymətləndirilir.

Hindistan və Banqladeş həyəcan təbilində: Su silaha çevrilirmi?

Layihənin inşa edildiyi ərazi Hindistan və Banqladeş üçün həyati əhəmiyyət daşıyan suların mənbəyində yerləşir. On milyonlarla insan kənd təsərrüfatından balıqçılığa qədər bir çox sahədə bu çay sistemindən asılı şəkildə yaşayır. Hindistan mediasında "su bombası" adlandırılan bu qurğu, iki nüvə gücü arasında onsuz da gərgin olan sərhəd xəttini daha da həssas vəziyyətə salıb. Çayın axın sürətinin və həcminin vahid mərkəzdən idarə olunması aşağı hövzədə yerləşən ölkələr üçün mövcudluq təhlükəsi kimi dəyərləndirilir.

Gizlilik və şəffaflıq mübahisələri davam edir

Çin layihənin ekoloji tarazlığı qoruduğunu və aşağı hövzədəki qonşu ölkələrə zərər verməyəcəyini bildirsə də, işlərin böyük gizlilik pərdəsi arxasında aparılması suallar doğurur. Şəffaflığın olmaması bölgədə toxunulmamış ekosistemin və yerli icmaların yaşayış mühitinin nə dərəcədə zərər görəcəyi ilə bağlı narahatlıqları artırır. Vaşinqton mərkəzli tədqiqatçılar bu layihənin planetdəki ən yenilikçi sistemlərdən biri olmaqla yanaşı, eyni zamanda ən təhlükəli və riskli təşəbbüslərdən biri olduğunu vurğulayırlar.

Pekin rəhbərliyindən etibar mesajı

Bütün bu tənqidlərin mərkəzində olan Çin Xarici İşlər Nazirliyi isə müdafiə mövqeyi tutur. Rəsmilər onilliklər boyu aparılan elmi araşdırmaların nəticəsində bu qərarın verildiyini bildirir və mühəndislik təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanıldığını qeyd edirlər. Çinə görə bu meqabənd təmiz enerjiyə keçid yolunda inqilabi addımdır; lakin dünyanın qalan hissəsi üçün bu inqilabın bədəli hələ də böyük sual işarəsi olaraq qalır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 986   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

16:46 282
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

13:00 233
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

21:45 1
.

Məşhur TikToker məhkəmədə ağladı

Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona

20:00 1
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

12:39 192
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 180
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

19:30 1
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 204
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.