Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMAValideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağı belə oxuyur", "qonşunun oğlu səndən qat-qat ağıllıdır" kimi cümlələr tədricən uşağın özünü dəyərsiz hiss etməsinə, daim yetərsiz olduğu düşüncəsi ilə böyüməsinə səbəb olur.
Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, problem ondadır ki, cəmiyyət inkişafdan geri qalır. Onun sözlərinə görə, ailə qurmaq düşüncəsi, uşaq tərbiyəsi keçmiş düşüncə ilə davam edir: "İnsan beyni kompyuter kimidir. Əgər hələ də, nənələrin, babaların tərbiyəsindən danışıb misal çəkilirsə, qaydalar illərlə eyni şəkildə davam edirsə, bu o deməkdir ki, düşüncə yenilənməyib. Hətta, mobil telefonlarda, komyuterlərdə yenilənmə xəbərdarlığı gəlir ki, daha sürətli çalışsın.

Bizim cəmiyyət isə yenilənməyi istəmir, nə də qəbul etmir. Bu da əqli geriliyə səbəb olur. Heç bir insan dünyaya biliksiz gəlmir. Hər kəs özünəxas bacarıq və istedad toxumu ilə doğulur. Lakin bu toxumun yolu hər zaman oxumaqdan keçmir. Əgər bir uşaq ailəsi tərəfindən başqası ilə müqayisə olunursa, bu o deməkdir ki, valideynlər köhnə düşüncə sistemindən çıxmayıb bunun adı əqli gerilikdir. Psixologiyada buna PİL deyilir. Psixi inkişaf ləngiməsi. Keçmişdən biri indiki zamana gəlib, odun yandırmaq üçün çaxmaq daşı üsulundan istifadə etsə bu, müasir adama gülünc gələcək. Niyə? Çünki çaxmaq daşından sonra, polad çaxmaq, sonra kükürdlü çöp yəni, kibrit, daha sonra isə mexaniki çaxmaq yarandı. Bu adi kiçik bir misal, gündəlik istifadə etdiyimiz və adi bildiyimiz bir məhsulun inkişaf mərhələsinin sübutudur.

Cəmiyyət hər cür köhnə vərdişlərdən yeni vərdişlərə keçid etsələr də, həm də bu keçid gündəlik həyatı daha da, asanlaşdırdığına şahid olsalar da, nədənsə yeni düşüncəyə, fərdi inkişafa qapalıdır. Çünki eqo strukturu dağılmalıdır. Eqo strukturunun dağılması, və ölkədə yeni, kütlə strukturu sistemi yaranmalıdır. " Mən kiməm ", " Mənim uşağım kim olmalıdır " yox, " Mən nə iş görürəm ", " Mənim uşağım cəmiyyətə fərdi bacarıq və istedadı sayəsində nə verə bilər " fikri formalaşmalıdır. Buna görə isə, təhsil proqramı sıfırlanmalı və yeni tədris proqramı yaradılmalıdır ki,insan özünü ayrıca " mən " kimi yox,bütöv sistemin şüurlu hissəsi kimi görə bilsin".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

16:46 282
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

13:00 233
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

21:45 1
.

Məşhur TikToker məhkəmədə ağladı

Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona

20:00 1
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

12:39 192
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 180
.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss

19:30 1
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 204
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.