Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz.

Oxu.Az Demokrat.az-a istinadən xəbər verir ki, məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycana qarşı xarici qüvvələrin maşası olanlar tərəfindən intensiv şəkildə edilib.

İndiyə qədər dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan siyasətində xarici oyunçuların maraqlarını müdafiə edən və milli təhlükəsizliyə təhdid yaradanlar qanundan qaçmaq üçün öləni tərk edir, müxtəlif ölkələrdə "siyasi mühacir" adı altında yaşayırlar. Bu onlar üçün hər zaman qaçış yolu olub. Əslində, Gültəkin Hacıbəylinin Türkiyəyə qaçışı da xəyanət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi daşıyırdı. Lakin Azərbaycana xəyanət etmiş heç kim artıq cəzasız qalmayacaq, hansı ölkəyə qaçmağından asılı olmayaraq.

Gültəkin Hacıbəyli də qanun qarşısında cavab verməlidir, çünki Ramiz Mehdiyevin piyadalarından olan bu şəxs Azərbaycana qarşı xain planların əsas iştirakçılarındandır. Gültəkin Hacıbəyli nə qədər təkzib etməyə çalışsa da, onun Ramiz Mehdiyevin adamı olduğu heç kəsə sirr deyil.

Gültəkin Hacıbəylinin siyasətə "atılması" da Ramiz Mehdiyevin xeyir-duası ilə olub. Bu baxımdan, Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə xüsusi sevgi bəsləməsi təsadüfi deyildi.

"Ramiz Mehdiyevin içində, köksündə həssas bir ürək var, çox sərraf adamdır... Kim Ramiz Mehdiyevi tənqid edirsə, ya Vətən xainidir, ya da xaini olacaq".

Bu sözləri məhz Gültəkin Hacıbəyli demişdi Mehdiyev haqqında. Çünki Gültəkin Hacıbəylinin parlamentə düşməsindən tutmuş xüsusi imtiyazlar qazanmasına qədər bütün "uğurları"nın arxasında Ramiz Mehdiyev olub. Onun Milli Şuraya üzv olması - iqtidar sevdalısından qəfil radikal müxalifətçiyə çevrilməsi də Ramiz Mehdiyevin təlimatı ilə baş verib və bu, konkret planın tərkib hissəsi idi.

Planın detalları Ramiz Mehdiyevin ifşa olunan çevriliş planında ortaya çıxdı. Məlum oldu ki, o, çevriliş planı baş tutacağı təqdirdə, 50 nəfərdən ibarət "Dövlət Şurası" yaratmaq istəyirmiş. Şübhəsiz ki, Ramiz Mehdiyevin 50 nəfərlik komandasında AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də var. Əli Kərimlinin evində aparılan axtarış nəticəsində Mehdiyevin məktubu tapıldı və həbs olundu. Aparılan istintaqda Əli Kərimlinin Ramiz Mehdiyevlə gizli əlaqələri ortaya çıxıb.

Gültəkin Hacıbəylinin də Ramiz Mehdiyevlə sıx bağlılığı var. Hələ 2013-cü ildə Milli Şura yarananda Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin təlimatı ilə radikal müxalifət düşərgəsində yerləşdirildi. Həmin vaxt Ramiz Mehdiyevin müxalifətə transformasiya etdiyi şəxslərdən biri də Cəmil Həsənli idi.

Ramiz Mehdiyevin bu şəxsləri radikal müxalifət düşərgəsinə yerləşdirməkdə məqsədi siyasi proseslərin manipulyasiya edilməsində onlardan istifadə etmək olub. Hədəfləri çoxvektorlu qiymətləndirmək olar və belə görünür ki, Ramiz Mehdiyev hər iki düşərgədə - iqtidar və müxalifətdə oyun qurubmuş.

Birinci məqsədi radikal müxalifəti Gültəkin Hacıbəyli, Cəmil Həsənli və Əli Kərimli kimi şəxslər vasitəsilə idarə etmək, hakimiyyətə qarşı daxildə "siyasi təzyiqlər" yaratmaq idi. Ramiz Mehdiyev özünün yaratdığı "siyasi təzyiq" qarşısında qalxan kimi dayanır və göstərirdi ki, o, olmasa, ölkədə hakimiyyət dəyişikliyi baş verə bilər.

İkinci məqsəd hakimiyyət dəyişikliyində müxalifətdəki adamlarını iqtidara gətirmək, idarəçiliyi ələ almaq idi. Əli Kərimli və Gültəkin Hacıbəylinin yer aldığı "Dövlət Şurası" planı bunu təsdiq edir.

Bu prosesdə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyev üçün böyük xidmətləri olub. Bunun qarşılığında qazancı da böyük olub. Siyasətdə "karyera" qazanan Gültəkin Hacıbəyli Ramiz Mehdiyev tərəfindən maliyyə və daşınmaz əmlaklarla da təmin edilib.

Məlumatlara görə, Ramiz Mehdiyevdən külli miqdarda pul alan Gültəkin Hacıbəyliyə bahalı ərazidə iki ev də verilib. Bununla yanaşı, Goranboyda böyük torpaq sahələri əldə edib, həmçinin ona biznes şəraiti yaradılıb.

Bununla bağlı konkret faktlar mövcuddur. Mediaya yayılan məlumatlara görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu "NLT" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə iki müasir mənzil təmir olunmuş vəziyyətdə hədiyyə edilib. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir.

G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.

Həmin binanın 13-cü mərtəbəsində yerləşən digər mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan dördotaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayıb.

Ramiz Mehdiyev tərəfindən Gültəkin Hacıbəyliyə hədiyyə edilən, eyni zamanda, yaradılan şərait nəticəsində ikincinin ələ keçirdiyi mülklərin siyahısı bir neçə il öncə mediada yayılmışdı. Həmin siyahısı təqdim edirik:

- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa;

- Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, Borsunlu kəndində 6.25 hektar, Aşağı Ağcakənd kəndində 1.76 hektar, 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 torpaq sahəsi;

- Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;

- Goradil kəndində 30 sot torpaq sahəsi;

- Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla üç yerdə topaq sahəsi;

- Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

- Şamaxı rayonu, Qaleybuğurd kəndində 12 sot torpaq sahəsi;

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil;

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv. metr sahəsi olan digər mənzil;

- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv. metr sahəsi olan mənzil;

- Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;

- Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil.

Bütün bunlar Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə "xidmətləri" qarşılığında əldə etdikləridir. İndi isə qanun qarşısında cavab vermək zamanı çatıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində

10:25 354
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 180
.

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərar versə, İsrailin Londondakı səfirliyinin 27 diplomatı ölkədən çıxarılacaq. Bizim.Media xəbər verir ki, bu barədə Reuters dörd mənbəyə istinadən məlumat yayıb. İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğu 30 gün ərzind

20:45 1
.

Həmin məlumatı verənləri pul mükafatı gözləyir

Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy

15:14 316
.

10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı

İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind

10:30 184
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

14:19 158
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

14:23 209
.

Sabah da hava yağışlı olacaq

Oktyabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinc

14:10 200
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

12:03 227
.