Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
BAKU.WS xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən "Baku Electronics" MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;
- daxili yanğın kranları işlək vəziyyətdə deyil;
- obyektin zirzəmisində qeyri-standart elektrik qızdırıcısından istifadə edilir;
- obyekt odsöndürən balonlarla təmin olunmayıb;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- zirzəmidə təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır;
- obyektin zirzəmisində müxtəlif təyinatlı otaqlar tikilərkən qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmayıb;
- obyektin birinci mərtəbəsində fəaliyyət göstərən satış mağazasında havalandırma sistemi mövcüd deyil;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;
- tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq obyektin anbar sahəsi çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşdirilib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən "Baku Electronics" MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.




















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 852 Tarix: 20 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKallas: Bazar ertəsi Aİ və körfəz ölkələri XİN başçılarının görüşü olacaq
ABŞ və İran arasında atışmalar onsuz da gərgin olan müharibənin dayandırılması üzrə danışıqları daha da çətinləşdirir. APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" səhifəsində bildirib. İranın Bəhreyn və Küveyt
08.07.2026 156 Elektrik skuterləri və velosipedlər üçün sığorta məcburi olmalıdır? - SIĞORTA EKSPERTİNDƏN AÇIQLAMA
Son illərdə ölkədə elektrik skuterləri və velosipedlərdən istifadə sürətlə artır. Bu nəqliyyat vasitələri həm tıxacların azalmasına, həm də ekoloji cəhətdən daha təmiz hərəkət imkanlarının yaranmasına töhfə versə də, onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı da artmaqdadır. Qəz
08.07.2026 243 "Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"
Aparıcı Vüsalə Əlizadə xəsis insanlardan xoşu gəlmədiyini etiraf edib. Axşam.az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "İncə səhər" verilişində danışıb. Vüsalə həm qadın, həm də kişi olmasından asılı olmayaraq xəsis insanları sevmədiyini bildirib:. "Xəsis insanlar gözümün düşmənidir
08.07.2026 329 Tramp İranla razılaşmanın "bitdiyini" elan etdi
Qəzəbli prezident Donald Tramp üç həftə əvvəl İranla imzaladığı atəşkəs müqaviləsinin "bitdiyini" bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bunun praktikada necə göründüyü hələ də bəlli deyil. Keçən ay müharibənin davam edəcəyi təqdirdə "iqtisadi fəlakət" barədə xəbərdarlı
08.07.2026 249 İranın hücumları qəbuledilməzdir - Kallas
ABŞ və İran arasında hava zərbələrinin baş verməsi onsuz da gərgin olan müharibəyə son qoymaq üçün danışıqları daha da çətinləşdirir. İranın Bəhreyn və Küveytə hücumları qəbuledilməzdir. xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kalla
08.07.2026 142 Xameneidən sonra İranda hakimiyyət uğrunda görünməyən mübarizə
"ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri davam edir. Mərasimlərin İrandan sonra İraqda da keçirilməsi diqqət çəkən məqamlardan biridir. Məlumata görə, nəşi Nəcəf şəhərinə aparılıb və şiə müsəlmanlar
08.07.2026 277 Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid
08.07.2026 247 Ağdamda yanğın başladı - Foto
Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın başlayıb. "Qafqazinfo" xəbər verir ki, yanğın kənd ərazisindəki açıq sahədə qeydə alınıb. Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırd
08.07.2026 251 Niyə soyuducunuza çoxlu maqnit asmamalısınız?
Soyuducunun üzərinə yapışdırılan maqnitlər uzun illərdir mətbəxin ayrılmaz hissəsinə çevrilib. Kimisi onları səyahətlərdən xatirə kimi gətirir, kimisi isə qeydləri, alış-veriş siyahısını və ya uşaqların rəsmlərini bərkitmək üçün istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq çox maqni
08.07.2026 192