Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu da son üç ildə müvafiq olaraq 6 faiz və 11 faiz azalma deməkdir.
Heyvanların baş sayının azalması ət bazarına necə təsir göstərəcək? Təklifin azalması fonunda qiymət artımı qaçılmazdır, yoxsa idxal hesabına bu riskləri neytrallaşdırmaq mümkündür?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Həzi Eynalov deyib ki, nəzəri olaraq daxili istehsaldakı azalmanın idxal hesabına kompensasiya edilməsi mümkündür:
"Bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə və digər dövlətlərdə bu təcrübə tətbiq olunur. Azərbaycanda da müəyyən heyvandarlıq məhsulları idxal edilir və bu, normal haldır. Əsas məsələ idxal olunan məhsulların keyfiyyət standartlarına cavab verməsidir. Söhbət yalnız miqdardan deyil, əhalinin istehlak etdiyi məhsulların təhlükəsizliyindən və keyfiyyətindən gedir. Bu məsələlər dövlət qurumlarının ciddi nəzarətindədir və qiymətlərin kəskin artımaması üçün tədbirlər görülür".
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti yenidən dəyişir
Ekspert vurğulayıb ki, əsas prioritet daxili istehsal potensialının hərəkətə keçirilməsidir:
"Bu məsələ ərzaq təhlükəsizliyi baxımından son dərəcə vacibdir. Dövlətin heyvandarlığın inkişafı, regionların sosial-iqtisadi dirçəldilməsi və kənd təsərrüfatının gücləndirilməsi ilə bağlı müxtəlif proqramları mövcuddur. Son illər ət və ət məhsullarının əlçatanlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb".
H.Eynalovun sözlərinə görə, müəyyən dövrlərdə iqlim dəyişiklikləri və digər daxili amillər heyvandarlıq məhsullarının istehsalında azalmaya səbəb ola bilər:
"Bu da bazarda qiymət artımı ilə müşahidə olunur. Belə hallarda idxal məhsullarının bazara çıxarılması ən azından tarazlığın qorunması baxımından mühüm rol oynayır. Lakin əsas məqsəd uzunmüddətli və dayanıqlı strategiyanın formalaşdırılmasıdır. Bu strategiya gələcək illərdə Azərbaycanda ət və ət məhsullarına olan tələbatın lazımi səviyyədə ödənilməsini təmin etməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1206 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMedvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib
Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd
10:47 199 Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma
18:45 1 Özəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?
Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni
19:45 1 Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
10:22 321 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
18:15 1 Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq
Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"
11:36 204 Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə
11:16 183 Məşhur TikToker məhkəmədə ağladı
Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona
20:00 1 İran rəsmisi: ABŞ-dən qorxmuruq, danışıqlara hazırıq
"İran ABŞ ilə danışıqlara hazırdır və bundan qorxmur, istər müharibə, istərsə də dialoq yolu ilə özünü müdafiə edəcək". Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib. "Danışıqlar vasitəsilə dünya ilə elmi əlaqələrimizi davam etdirmək istəyirik, amma he
20:15 1