Bakıda "süni intellekt"lə seyf oğurlayanlara HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluq əməli törətməkdə təqsirləndirilən Məmmədov Ruslan, Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazilin cinayət işi üzrə hökm elan edilib.
Məhkəmə tərkibi qısa müşavirədən sonra zərərçəkənə dəymiş ziyanın tam olaraq ödənildiyini əsas gətirərək, təqsirləndirilənlər - Ruslan Məmmədovun 5 il şərti cəza tətbiq olunmaqla 1 il sınaq müddəti, Emin Əliyevin 5 il şərti tətbiq edilməklə 1 il sınaq müddəti, Rahid Hadıyevin 5 il, 6 ay cəza müddəti olmaqla 2 il sınaq müddəti, Fazil Əliyevin 5 il, 6 ay şərti cəza tətbiq olunmaqla 1 il sınaq müddəti tətbiq olunmaqla məhkəmə zalından azadlığa buraxılmaları barədə hökm oxuyub.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə - Ruslan Məmmədov və Emin Əliyevin hər birinin 6 il 6 ay, Rahid Hadıyev və Fazil Əliyevin isə hər birinin 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, istintaqla müəyyən edilib ki, Ruslan Məmmədov tamah niyyəti və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazil, şəxsiyyəti istintaqla araşdırılan "Telegram" sosial şəbəkəsində "Victor Sergo", "Beneficiary" və "B" adı ilə qeydiyyatdan keçmiş şəxs yaxud şəxslər, eləcə də özünü Darina Nikolayevna kimi təqdim edən şəxs və istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. Onlar 2024-cü il oktyabrın 11-də Bakı şəhər sakini Zəminə Quliyeva ilə zəng vasitəsilə bir neçə dəfə əlaqə saxlayıblar. Danışıq zamanı onun qızı Roida Rzayevanın guya ağır yol-nəqliyyat hadisəsi törətdiyini, idarə etdiyi avtomobillə vurduğu piyadanın və özünün ağır bədən xəsarətləri alması, həmin fakt üzrə araşdırmanın Darina Nikolayevna tərəfindən aparılması, xəsarət almış piyadanın təcili cərrahi əməliyyatı üçün 15 000 manat lazım olduğunu deyiblər. Cinayətkarlar həmçinin Roida Rzayevaya məxsus içərisində 90 000 manat, 5 000 ABŞ dolları, 1 000 avro nağd pul vəsaiti, ümumi dəyəri 6 000 manat təşkil edən 8 ədəd beş qramlıq, 1 ədəd on qramlıq qızıl külçə olan fərdi parol əsasında kilidlənmiş dəmir seyfi istəməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verərək, guya həmin dəmir seyfin və kənarda olan nağd pul vəsaitlərinin qızı R. Rzayevaya təcili çatdırılacağı adı ilə yalan vəd verib yaşlı qadını aldadıblar. Bunu süni intellekt vasitəsilə törətmişdi. Nəticədə Z. Rzayevaya məxsus 1600 manat və 800 ABŞ dollarını əvvəlcədən danışılmış taksi vasitəsilə götürərək ələ keçiriblər. Beləcə, Z. Rzayeva və R. Rzayevaya külli miqdarda maddi ziyan vuraraq dələduzluq ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, sözügedən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 898 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
10:10 167 10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı
İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind
10:30 184 Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl
16:46 282 Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
10:14 174 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
18:15 1 Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
05.10.2026 444 Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 318 Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
10:22 321 Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində
10:25 354