Avropada şok qalmaqal: donorun xərçəng geni yüzlərlə uşağa ötürülüb

Avropada şok qalmaqal: donorun xərçəng geni yüzlərlə uşağa ötürülübBir donor görünməyən genetik mutasiya səbəbindən onkoloji risk yüksək olan 197 uşağın atası olub. Uşaqlar illik müayinələrə ehtiyac duyur, bəziləri isə artıq həyatını itirib. Beynəlxalq miqyasda aparılan jurnalist araşdırması müəyyən edib ki, xərçəng riskini kəskin artıran təhlükəli genetik mutasiyanın daşıyıcısı olan bir sperma donoru Avropanın müxtəlif ölkələrində ən azı 197 uşağın atası olub. Bu uşaqlardan bəziləri irsi qüsura görə artıq xərçəngdən vəfat edib, çox az hissəsinin isə həyat boyu xəstəlikdən yayınacağı ehtimal olunur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, anonimliyini qoruyan donor 2005-ci ildə, tələbə olduğu dövrdə biomaterial verməyə başlayıb. O, tam sağlam görünüb və bütün məcburi tibbi yoxlamalardan uğurla keçib. Lakin doğuşdan onun reproduktiv hüceyrələrinin bir hissəsində gizli genetik pozuntu mövcud olub. Qüsur hüceyrələrin bədxassəli dəyişməsinin qarşısını alan əsas genlərdən biri olan TP53 genini əhatə edib.

Donorun orqanizminin əksər toxumalarında bu mutasiya yoxdur, lakin spermatozoidlərin təxminən 20 faizi zədələnmiş geni daşıyır. Belə materialla mayalanma zamanı embrionun hər bir hüceyrəsi qüsurlu geni alır ki, bu da Li-Fraumeni sindromuna səbəb olur. Bu vəziyyətdə xərçəngin inkişaf ehtimalı 90 faizə qədər yüksəlir, xüsusilə uşaqlıq dövründə. Qadınlarda isə yetkin yaşda süd vəzi xərçəngi riski kəskin artır. London Xərçəng Araşdırmaları İnstitutunun genetik alimi, professor Kler Ternbull bunu "dəhşətli diaqnoz" adlandırıb.

"Bu ailələr üçün çox ağırdır: ömürlük qorxu və bu risklə yaşamaq yükü", - professor bildirib.

Şişlərin vaxtında aşkar olunması üçün mutasiya daşıyıcısı olan uşaqlara hər il bütün bədənin və baş beynin MRT müayinəsi, həmçinin qarın boşluğu orqanlarının ultrasəs müayinəsi təyin olunur. Qadınlara isə tez-tez profilaktik mastektomiya tövsiyə edilir. Avropa sperma bankının nümayəndələri bildiriblər ki, "nə donorun özü, nə də onun qohumları xəstə deyil" və standart testlər bu cür mutasiyanı aşkar etməyə imkan vermir. Problem üzə çıxan kimi donor "dərhal bloklanıb".

Uşaqlar artıq xərçəngdən ölür

Şübhələr eyni donordan dünyaya gəlmiş onkoloji xəstə uşaqları müalicə edən həkimlərdə yaranıb və bu barədə Avropa İnsan Genetikası Cəmiyyətinin konfransında məlumat verilib. O zaman məlum olan 67 övladdan 23-də mutasiya təsdiqlənib, onların 10-na isə artıq xərçəng diaqnozu qoyulub. Ailələrlə aparılan sorğular və araşdırmalar nəticəsində jurnalistlər müəyyən ediblər ki, bu donorun uşaqlarının ümumi sayı ən azı 197-dir və bu rəqəm arta bilər. Mutasiyanı daşıyanların dəqiq sayı isə hələ də məlum deyil.

"Bizdə artıq xərçəng inkişaf etmiş çoxlu uşaq var. Bəzilərində hətta iki fərqli xərçəng növü aşkarlanıb. Bəziləri isə çox erkən yaşda vəfat edib", - Fransadan doktor Edviç Kasper bildirib.

Adı dəyişdirilmiş fransız qadın Selin, tək ana, Belçika klinikasından təcili zəng aldıqdan sonra 14 yaşlı qızında mutasiya olduğunu öyrənib. O, donoru şəxsən günahlandırmır, lakin ona "təmiz olmayan, təhlükəsiz olmayan və risk daşıyan" materialın təqdim olunmasına etiraz edir.

"Bunun nə vaxt baş verəcəyini, hansı xərçəng olacağını bilmirik. Amma bilirik ki, bu baş verəcək. Və baş verəndə mübarizə aparacağıq", - Selin bildirir.

Bu donorun sperması 14 ölkədə yerləşən 67 klinikada istifadə olunub.

Vahid beynəlxalq standartların olmaması

Dünya üzrə bir donordan istifadə edilə biləcək mayalanmaların sayını məhdudlaşdıran vahid qaydalar yoxdur hər ölkə bu limiti ayrıca müəyyən edir. Avropa sperma bankı bəzi ölkələrdə bu məhdudiyyətlərin "təəssüf ki, pozulduğunu" etiraf edib.

Mançester Universitetinin professoru Allan Peysi izah edib ki, bir çox ölkə eyni vaxtda onlarla regiona material göndərən iri beynəlxalq banklardan asılıdır və bu da ümumi mayalanma sayına nəzarəti son dərəcə çətinləşdirir. O, vəziyyəti "dəhşətli" adlandırsa da, tam təhlükəsiz sistem yaratmağın mümkün olmadığını vurğulayıb.

"Biz artıq donor namizədlərinin cəmi 1-2 faizini qəbul edirik. Tələbləri daha da sərtləşdirsək, ümumiyyətlə donor qalmayacaq", - professor qeyd edib.

Materialın tədarükünü həyata keçirən Danimarka mənşəli Avropa sperma bankı zərərçəkmiş ailələrə "dərin hüznlə başsağlığı" verib və bəzi ölkələrdə donor materialından həddindən artıq istifadə olunduğunu təsdiqləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 737   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

13:08 170
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

15:11 162
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 452
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

1
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

18:15 1
.

Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?

"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki

11:42 181
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 167
.