İnsan ruhu nə qədər ağırdır? Gözlənilməz CAVAB

İnsan ruhu nə qədər ağırdır? Gözlənilməz CAVABÖtən əsrin əvvəllərində bəzi tədqiqatçılar ruhun mövcudluğunu onun fiziki parametrləri vasitəsilə elmi cəhətdən sübut etməyə cəhd ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, belə yanaşmanın ən məşhur nümunələrindən biri amerikalı həkim Dunkan Makduqallın apardığı eksperiment olub. O, belə bir fərziyyə irəli sürüb ki, əgər ruh bədənlə üzvi şəkildə bağlıdırsa və müəyyən bir məkan tuturursa, o zaman ən azı minimal çəkiyə malik olmalı və ölüm anında qravitasiya maddəsi kimi ölçülə bilməlidir.

Bu hipotezi yoxlamaq üçün Makduqall yüksək həssaslığa malik xüsusi tərəzilər hazırlayıb və üzərində son mərhələdə vərəm xəstəliyindən əziyyət çəkən pasiyentlərin yerləşdirildiyi çarpayı qurub. Xəstəliyin seçilməsi təsadüfi olmayıb: xəstələr son dərəcə zəif və hərəkətsiz olduqları üçün tərəzidə mexaniki titrəyişlərin qarşısı alınırdı.

1901-ci il aprelin 10-da ilk pasiyentin müşahidəsi zamanı Makduqall bədənin çəkisinin qəfil 0,75 unsiya, yəni təxminən 21,2 qram azalmasını qeydə alıb. Məhz bu nəticə sonradan "ruh 21 qram çəkir" mifinin yaranmasına səbəb olub və bu fikir kütləvi mədəniyyətdə, o cümlədən kino sahəsində geniş yayılıb.

Lakin həkimin 1907-ci ildə dərc olunmuş elmi məqaləsində nəticələr xeyli ziddiyyətli olub. İkinci pasiyentdə çəki itkisi yalnız nəfəs dayandıqdan 15 dəqiqə sonra müşahidə edilib, üçüncü pasiyentdə isə çəkinin iki mərhələli azalması qeydə alınıb.

Makduqallın işlərinin tənqidi təhlili ciddi metodoloji problemləri üzə çıxarıb. Altı pasiyent üzərində aparılan müşahidələrdən üçününün nəticələri avadanlıq nasazlığı və ya kənar müdaxilə səbəbindən etibarsız sayılıb. Bundan əlavə, həkim 15 it üzərində də oxşar testlər aparıb və onların ölüm anında çəki dəyişikliyi müşahidə etmədiyini bildirərək, kifayət qədər subyektiv şəkildə heyvanların ruhunun olmadığı qənaətinə gəlib.

Müasir dövrdə aparılan təkrar eksperimentlər, xüsusilə 2000-ci illərin əvvəllərində qoyunlar üzərində aparılan tədqiqatlar ölüm anında bədənin çəkisinin qısa müddətli artdığını, lakin bu göstəricinin saniyələr içində normaya qayıtdığını göstərib. Bu faktlar Makduqallın nəticələrini müasir biofizika baxımından daha da şübhəli edir.

Daha yeni elmi yanaşmalar ruh anlayışını qravitasiya maddəsi kimi deyil, informasiya və ya şüurun enerji forması kimi izah etməyə çalışır. Alimlər Albert Eynşteynin E = mc² düsturuna əsaslanaraq şüurun enerjisinin nəzəri olaraq kütləyə malik ola biləcəyini istisna etmirlər. Lakin bu cür enerjinin qeydə alınması üçün hazırda geniş istifadədə olmayan son dərəcə dəqiq elektromaqnit ölçü cihazları tələb olunur.

Hazırda elm ruhun mövcudluğunu birbaşa sübut edən faktlara malik deyil. Dukan Makduqallın eksperimentləri isə elmi həqiqətdən daha çox maraqlı tarixi anekdot kimi qiymətləndirilir.

Ruhun mahiyyəti və onun fiziki xüsusiyyətləri məsələsi hələ də inanc və şəxsi dünyagörüşü çərçivəsində qalır, çünki mövcud elmi-texniki imkanlar maddi olmayanı ölçməyə yetərli deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 167
.

10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı

İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind

10:30 184
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

16:46 282
.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş

10:14 174
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

18:15 1
.

Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?

Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar

05.10.2026 444
.

Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd

05.10.2026 318
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində

10:25 354
.