Ölkədə dövlət tərəfindən uşaqlara pulsuz uşaq qidası verilə bilərmi? - SOSİOLOQDAN AÇIQLAMA
Avropa Birliyi ölkələrində uşaqlara uşaq pulu verilməklə yanaşı, uşağın 2 yaşı tamam olanadək dövlət tərəfindən pulsuz uşaq qidası ilə təmin olunur. Ölkəmizdə isə uşaqlara uşaq pulu verilmir. Uşaq qidaları və bezlərinin qiymətləri isə həddən artıq bahadır. Təsadüfi deyilki ölkədə son illər ailə quranların və yeni doğulan uşaqların sayında 2 dəfədən çox azalma müşahidə olunur. Bu isə təhlükəli vəziyyətdir. Hazırda ölkədə uşaq qidalarının qiyməti 55-300 AZN arasında dəyişir.
Bir qutu uşaq qidasının maksimum 2 həftəyə bitdiyini nəzərə alsaq, bu o deməkdir ki, bir ailəyə uşaq qidası almaq üçün ayda minimum 110 AZN pul lazımdır. Orta aylıq əmək haqqının 400-500 AZN olduğunu nəzərə alsaq, aydın məsələdir ki, ailələrin uşaq böyütməyə maddi imkanları çatmır. Onsuzda ölkədə uşaq pulu verilmir. Bəs bizdə də heç olmasa Avropa Birliyi ölkələrində olduğu kimi uşaq 2 yaşına çatanadək pulsuz uşaq qidası ilə təmin oluna bilərmi?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ölkədə uşaqlar ölkə əhalisinin təxminən 26%-ni təşkil edir. Onun sözlərinə görə, bu əvvəlki illərlə müqayisədə xeyli azalma deməkdir: "Bu o deməkdir ki, yeni doğulanların sayı azalır və əvvəlki illərə nisbətən təbii artımda ləngimə var. Son 15 ildə statistikaya baxsaq görərik ki, təbii artımda azalma daha sürətli şəkildə artıb. 5 il ərinzdə ölkə əhalisinin sayı 39 min azalıb. 10 il ərzində isə doğuşlarda 60% azalma müşahidə olunur. Bu o deməkdir ki, Azərbaycan Sovet dövrünə qədər və Sovet dövründə çox uşaqlı ailə trendi var idi.
Bu artıq Azərbaycanın bir neçə onillikdir ki, çoxuşaqlı ailə trendinin arxada qalması deməkdir. Sosial xidmət haqqında dövlət proqramınada biz baxanda görürük ki, yəni orda qeyd olunub ki, son 22 il ərzində Azərbaycanda təbii artım 26,4% olduğu halda, ahılların sayı 99,40% artıb. Bu o deməkdir ki, təbii artım ölkəmizdə heç vaxt olmayan qədər ləngiyir. Uşaqların təminatı və uşaqlara dəstək proqramları həmdə təbii artımı yüksəltmək üçün lazımdır. Dövlətlərin qüdrəti həmdə keyfiyyətli əhali göstəricisi ilə ölçülür. Bu o deməkdir ki, bir ölkədə nə qədər gənc təbəqə varsa, bu keyfiyyətli əhali sayılır. 2025-ci ildə Türkiyədə ailə ili çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.
Onlarda uşaqların doğumuna görə birdəfəlik sosial müavinətlər artırıldı. Eyni zamanda gənc ailələri həvəsləndirmək üçün faizsiz kredit verildi ki, onlar mənzil alsınlar və 4 ildən sonra isə həmin ailələr krediti hissə-hissə ödəməyə başlayırlar. O cümlədən bələdiyyələr gənclərin toy xərclərini öz üzərlərinə götürdülər. Həmçinin uşaqlara uşaq pulu verməyə başladılar. Rusiya və Avropada da uşaqlar üçün yüksək təminat mövcuddur. ABŞ-da yeni doğulan uşağın adına bank hesabı açılır və həmin hesaba 1000 dollar pul köçürülür. Mən hesab edirəm ki, uşaq pulu bərpa olunmalıdır" deyə o bildirib.
Uşaqlar bizim gələcəyimizdir. Uşaqların qayğısız və xoşbəxt böyüməsini təmin etmək isə hər bir dövlətin borcudur. Ən azından gələcəyimizin qarşısında üzü qara qalmayaq...
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 894 Tarix: 23 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı
Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində
13:08 170 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
15:11 162 İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
05.10.2026 452 Dünyada yenidən populyarlaşan 10 qədim ad
Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara
1 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
18:15 1 Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?
"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki
11:42 181 Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
10:22 321 Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır
Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə
10:42 176 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
10:10 167