Mühərrik gücünü niyə və kim at gücü ilə ölçməyə başlayıb?

Mühərrik gücünü niyə və kim at gücü ilə ölçməyə başlayıb?Bu göstərici artıq uzun illərdir avtomobil leksikonunun ayrılmaz hissəsidir və hər bir sürücüyə tanışdır. Bununla belə, az adam həqiqətən düşünür ki, niyə avtomobillərin mühərrik gücü at gücü ilə müqayisə olunur. Bu anlayış o qədər adiləşib ki, təbii qəbul edilir, halbuki müasir avtomobillərin, xüsusilə də sportkarların imkanları artıq bütöv bir at sürüsünün fiziki gücü ilə belə müqayisə olunmur.

Qaynarinfo xəbər verir ki, mühərrik gücünü at gücü ilə ölçməyi kimin icad etdiyini və anlayışın yaranma tarixini təqdim edir.

Bu anlayışın mənşəyini anlamaq üçün XVIII əsrə, sənaye inqilabı dövrünə qayıtmaq lazımdır. Termin müəllifi şotland mühəndis və ixtiraçı Ceyms Vatt olub.

Həmin dövrdə mədənlərdə və istehsalat sahələrində əsas hərəkətverici qüvvə atlar idi. Vatt buxar maşınını təkmilləşdirəndə qarşısında çətin marketinq problemi yaranıb: at sahiblərini öyrəşdikləri heyvanlardan imtina edib səs-küylü və anlaşılmaz dəmir mexanizmə keçməyə necə inandırmaq olar? Bunun üçün ona hamı üçün aydın olan bir "məhsuldarlıq ekvivalenti" lazım idi.

Vatt pivə zavodlarında və şaxtalarda yük atlarının işini müşahidə etdi və bir atın blok vasitəsilə yük qaldırarkən gördüyü işi hesablayıb.

Vattın fizikası və hesablamaları - avtomobilin at gücü necə ölçülür?

Fizika baxımından güc vahidi müəyyən zaman ərzində görülən işi ifadə edir. Ceyms Vatt sadə bir nisbətə əsaslanırdı: atın yükü dartdığı və ya qaldırdığı qüvvə qət edilən məsafəyə vurulur, sonra isə sərf olunan vaxta bölünür.

Başqa sözlə, eyni vaxt ərzində nə qədər böyük qüvvə tətbiq olunursa və yük nə qədər uzun məsafə qət edirsə, güc də bir o qədər yüksək olur.

Vatt hesablayıb ki, bir at gücü 1 saniyə ərzində 75 kiloqramlıq yükü 1 metr hündürlüyə qaldırmaq qabiliyyətinə bərabərdir. Bu, metrik sistemdə təxminən 735,5 vata uyğun gəlir. Vacib məqam ondan ibarətdir ki, bu ölçü vahidi sürəti deyil, mühərrikin müəyyən vaxtda görə biləcəyi işi ifadə edir.

Niyə güc hələ də at gücü ilə ölçülür və bu ənənə niyə qorunub saxlanılır?

Bu gün texnologiyalar xeyli irəliləyib və mühərrik parametrlərinin qiymətləndirilməsi üsulları daha dəqiq olub. Müasir laboratoriyalarda avtomobillərin at gücünün necə hesablandığını öyrənmək üçün əsas alət "dinamometrik stend" hesab olunur. Proses belə aparılır:

* Avtomobil aparıcı təkərləri ilə stendin xüsusi diyircəkləri üzərinə yerləşdirilir.
* Mühərrik maksimal dövrlərə qədər işlədilir.
* Stend fırlanma anını və dövrlərin sayını ölçür.
* Bu göstəricilər əsasında yekun güc hesablanır.

Bütün dünyada gücün rəsmi ölçü vahidi Beynəlxalq Vahidlər Sistemində Vatt olsa da və bu vahid elə Ceyms Vattın şərəfinə adlandırılsa da, avtomobil istehsalçıları "at gücü" anlayışından imtina etməyə tələsmirlər. Bunun əsas səbəblərindən biri onun hələ də istifadəçilər üçün rahat və anlaşılan olmasıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 913   Tarix: 23 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində

10:25 354
.

Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib

Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd

10:47 199
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

14:28 182
.

Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN

"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı

10:51 215
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 304
.

Ərzurum Koridorun harasındadır?

Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru

11:10 188
.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

13:08 170
.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş

10:14 174
.