Xəbər yox, şou: Azərbaycan oxucusu niyə iki müğənninin davasını seçir? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Bir vaxtlar xəbər oxucuya məlumat vermək üçün vardı, bu gün isə getdikcə sadəcə diqqət çəkmək vasitəsinə çevrilir. Ölkədə sosial, iqtisadi və siyasi problemlər dərinləşdikcə, cəmiyyətin daha ciddi mövzulara yönəlməsi gözlənildiyi halda tam əksi müşahidə olunur. Bahalaşma, işsizlik, təhsil və səhiyyə kimi həyati məsələlər kənarda qalır, xəbər saytlarında isə iki müğənninin şəxsi davası, kiminsə kimlə küsülü olması və şəxsi həyatla bağlı detallar daha çox oxunur. Bu mənzərə artıq yalnız medianın yox, oxucunun öz seçimlərinin də aynasıdır.
Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, bu ümumiyyətlə Azərbaycan oxucularının zövqü məsələsidir. Onun sözlərinə görə, media zövq dalınca düşən insitut olmamalıdır: "Media zövq formalaşdıran insitut olmalıdır. Təssüflər olsun ki, bu proses bir 15 ildən çoxdur ki, davam edir. Media zövq arxasınca düşən bir insituta çevrildi. Zövq formalaşdıran bir qruma çevrilmədi. Bununla bağlı son illər Media Agentliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Bu plana media savadlılğının artırılması daxildir. Media savadlılığının artırılması özlüyündə bir növ dezinformasiyaları müəyyən etməyə, feyk informasiya ilə doğru informasiyanı ayırd etməklə yanaşı, dolayısı ilə informasiya zövqünün formalaşdırılması, informasiya keyfiyyətinin yüksəldilməsi istiqamətində də qarşıda bir alətə çevriləcək.
Bu baxımdan düşünürəm ki, nə qədərdə oxucular sarı mətbuata meyilli olsalar, yəni dava-dalaşa, şou xarakterli xəbərlərə nə qədər maraqlı olsalarda media subyektləri yəni saytlar, qəzetlər, televiziyalar ciddi informasiyadan imtina etməməlidirlər. Ciddi inromasiyanın oxunaqlığı vəziyyəti bu cür yaranır. Ciddi informasiya oxunan cəmiyyətlərdə də bir vaxtlar ciddi informasiyaya maraq olmayıb. Ancaq onlar zamanla bu prosesi keçib, bunu həll ediblər.
Düşünürəm ki, bizdə də bütün hallarda media etikası qorunaraq, fərdləşdirilmiş informasiyalar yox, ictimai xarakterli informasiyalar irəli çıxarılaraq, yəni informasiyanın ictimai yükü əsas götürülərək tirajlanmalı və media savadlılığı ilə bağlı dediyim kimi silsilə işlər görülməlidir. Bunların nəticəsində Azərbaycan oxucularınında informasiya zövqü tamamilə dəyişəcək. Azərbaycanda kifayət qədər mütaliəli, zövqlü informasiya oxucusu olan insanlar var. İlkin olaraq biz onlar üçün davamlı şəkildə işləməliyik. 3-5 ildən sonra isə artıq bütün oxucular görəcəklərki, onlara verilən informasiya budur və ondan sonra insanların media zövqü dəyişəcək və onlarda ciddi informasiya oxumağa başlayacaqlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 607 Tarix: 23 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı
Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində
13:08 170 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
15:11 162 İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
05.10.2026 452 Dünyada yenidən populyarlaşan 10 qədim ad
Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara
1 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
18:15 1 Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?
"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki
11:42 181 Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
10:22 321 Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır
Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə
10:42 176 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
10:10 167