Rusiya PUA-ları Türkiyə səmasında: məqsəd nədir? - POLİTOLOQDAN AÇIQLAMA

Rusiya PUA-ları Türkiyə səmasında: məqsəd nədir? - POLİTOLOQDAN AÇIQLAMASon vaxtlar Türkiyə ərazisinə Rusiyaya məxsus olduğu ehtimal edilən naməlum PUA-ların daxil olması diqqətdən yayınmır. Hadisələrin ardıcıl xarakter alması bu uçuşların təsadüfi olmadığını göstərir və əsas sualı ön plana çıxarır: məqsəd nədir? Söhbət sadəcə texniki səhvdən, marşrut pozuntusundan, yoxsa daha geniş geosiyasi mesajdan gedir? Regional gərginliyin artdığı, Rusiya-Qərb münasibətlərinin kəskinləşdiyi bir dövrdə Türkiyə səması üzərində baş verən bu hadisələr təhlükəsizlik, kəşfiyyat və siyasi balans baxımından ciddi suallar doğurur.

Məsələnin diqqətçəkən tərəfi isə ondan ibarətdir ki, ilk PUA hadisələrində Türkiyə tərəfi aparatların Rusiyaya aid olmasını açıq şəkildə dilə gətirməkdən yayınmış, PUA-ların yararsız vəziyyətə düşdüyünü və bu səbəbdən hansı ölkəyə məxsus olduğunu müəyyən etməyin mümkün olmadığını bildirmişdi. Lakin beşinci PUA-nın yanacağının tükənməsi nəticəsində açıq otluq əraziyə düşməsi və yerli sakinlər tərəfindən aşkarlanaraq fotosunun çəkilməsi vəziyyəti dəyişdi. Məhz bu görüntülərdən sonra Ankara PUA-ların Rusiyaya aid olduğunu etiraf etmək məcburiyyətində qaldı. Qərb mediasının yazdığına görə isə, Moskva Türkiyənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemindən imtina etməsindən məmnun deyil və PUA uçuşlarının əsas hədəfinin Türkiyənin Roketsan silah zavodu olduğu iddia olunur. Bu iddialar baş verənlərin sadəcə texniki insident deyil, daha dərin strateji mesaj daşıdığı ehtimalını gücləndirir.
Rusiya PUA-ları Türkiyə səmasında: məqsəd nədir? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Pərvanə Abbasova BiG.AZ-a açıqlamasında bildirdi ki, əslində burda məqsəd Rusiyanın Türkiyəni müharibəyə sürükləmək istəməsidir. Onun sözlərinə görə, NATO-nun ən güclü ordusu türk ordusudur: "Türkiyə NATO-nun cənub cinahıdır. Türkiyənin Qaradənizdə gəmilərinin Rusiya tərəfindən vurulması, eyni zamanda Rusiya PUA-larının Türkiyə səmasında türk ordusu tərəfindən vurulması Türkiyənin müharibəyə sürüklənməsi cəhdidir. Roma papasının Türkiyəyə səfəri boşuna deyildi. NATO özüdə çalışır ki, Türkiyəni müharibəyə sürükləsin. Düşünürəm ki, Türkiyə Ukrayna məsələsində əsas rol oynayır. Mən daha öncədə vurğulamışdım ki, Krım torpaqları əslində nə Rusiyanın, nədə Ukraynanın torpağıdır. Krım xanlığı Türkiyənin vassallığında olub.

Ukrayna məsələsində də Rusiyanın Türkiyə hədəf almasında məqsəd Türkiyəni müharibəyə sürükləməkdir və Türkiyə Ukraynaya yardım etməlidir. Türkiyə Yaxın Şərq məsələsində qarantorluq etməkdənsə, Ukraynaya mütləq şəkildə yardım etməlidir və türk ordusu Ukraynaya girməlidir. Çünki hal-hazırda demək olarki, Ukrayna ordusu irəliləyib. Putinin 5 ildir Kiyevə girəcəm kimi boş-boş danışıqlarına baxmayaraq, Ukrayna ordusu qalibdir. Rusiyanın Türkiyəni hədəf almasında bir məqsədidə NATO-nun gücünü yoxlamaqdır. Yəni Rusiya hərbi-siyasi təzyiq göstərmək istəyir. Çünki Türkiyə Yaxın Şəqrdə, o cümlədən Orta Asiyada və Cənubi Qafqazda əsas rol oynayan dövlətdir. Ona görədə Rusiya çalışır ki, Türkiyəni dişinə çəksin.

Ümumiyyətlə tarix boyu Rusiya ilə Türkiyə dəfələrlə müharibələr aparıb, amma hal-hazırda müttəfiqdirlər və hər ikisidə çalışırlarki, balanslı siyasət aparsınlar. Rusiya ilə Türkiyənin müharibə etməsi nə Rusiya üçün, nədə Türkiyə üçün faydalı deyil. Montro Konvensiyasına görə Qaradənizi Türkiyə istədiyi vaxt bağlayıb aça bilər. Ona görədə Türkiyə ilə müharibə Rusiya üçün faydalı deyil. Onsuzda iqtisadi baxımdan Türkiyənin vəziyyəti heçdə yaxşı deyil. Bayraktar PUA-larının vurulmasıda Rusiyanın əsas məqsədi ola bilər. Məqsəd Türkiyəyə hərbi-siyasi təzyiq göstərməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 23 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

13:08 170
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

15:11 162
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 452
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

1
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

18:15 1
.

Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?

"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki

11:42 181
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 167
.