Hasar arxasında qalan sakinlər "WhiteStone Tower" tikinti şirkətindən şikayətçidir (VİDEO)

Hasar arxasında qalan sakinlər "WhiteStone Tower" tikinti şirkətindən şikayətçidir (VİDEO)Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən 11, 11B, 13, 15 və digər yaşayış binalarının sakinləri artıq bir ilə yaxındır ki, "WhiteStone Tower" tikinti şirkətindən narazıdır.

Sakinlərin bildirdiyinə görə, şirkət bu binalara məxsus həyət ərazisini "ödəniş müqabilində əldə edərək" hasara alıb. Nəticədə onilliklərdir həmin binalarda yaşayan insanların gündəlik həyatı ciddi şəkildə çətinləşib.

Uşaqlar üçün oyun yeri qalmayıb, maşın saxlamaq mümkün deyil

Ərazidə yaşayanların sözlərinə görə, hasarlama işlərindən sonra uşaqların oynadığı həyət sahəsi tamamilə tikinti şirkətinin nəzarətinə keçib. Bununla yanaşı, sakinlər avtomobillərini saxlamaq üçün parklanma yerindən də məhrum olublar.

Bina sakini Xanım Sultanova deyir ki, əvvəl sakinlərə bütün binaların söküləcəyi bildirilib:

"Dedilər ki, bütün binalar söküləcək. Amma sonradan binaların bir hissəsi qaldı. Qalan binalara məxsus uşaq meydançası və maşın saxlama yerləri isə tikinti şirkəti tərəfindən zəbt edildi və hasara alındı."

Zibil qabları blokun ağzına gətirilib, yanğınsöndürən maşınların yolu bağlanıb

Sakinlər bildirir ki, tikinti işlərindən sonra zibil qablarının yeri də dəyişdirilib və bu, ciddi gigiyenik problemlər yaradıb.

Bina sakini Şahin Süleymanov deyir ki, zibil konteynerləri demək olar ki, binanın giriş qapısının qarşısına qoyulub:

"Bizim binanın giriş qapısı ilə zibil qabları arasında cəmi bir neçə metr məsafə var. Yay aylarında üfunətdən evdə qalmaq mümkün olmur. Bu, həm gigiyena qaydalarına, həm də normal yaşayış şəraitinə ziddir."

Sakinlər əlavə edirlər ki, hasarlama nəticəsində yanğınsöndürən maşınların həyətə girişi üçün nəzərdə tutulan yol da bağlanıb, bu isə təhlükəsizlik baxımından ciddi risk yaradır.

Şirkətin mövqeyi: "Bütün icazələr var"

Sakinlərin etirazına cavab olaraq "WhiteStone Tower" şirkətinin hüquqşünası bildirib ki, ərazidə aparılan bütün tikinti və infrastruktur işləri müvafiq icra strukturlarının icazəsi əsasında həyata keçirilir.

"Layihə icazələri, tikinti lisenziyaları və texniki şərtlər mövcuddur və müvafiq dövlət orqanları tərəfindən təsdiqlənib," - hüquqşünas qeyd edib.

Hüquqşünas həmçinin sakinlərə etirazlarını tikintiyə icazə verən dövlət qurumlarına ünvanlamağı tövsiyə edib.

İcra hakimiyyətindən cavab yoxdur

Məsələ ilə bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə həm telefon, həm də elektron poçt vasitəsilə əlaqə saxlanılıb. Lakin ərazinin satışı və icazələrin verilməsinə cavabdeh olan qurumdan sorğumuza operativ cavab almaq mümkün olmayıb.

Sakinlərin tələbi

Torpaq satılarkən və tikinti icazəsi verilərkən burada yaşayan insanların gündəlik həyatı, təhlükəsizliyi və elementar yaşayış şəraiti niyə nəzərə alınmayıb? Onlar hasarlanmış həyət sahəsinin sakinlərin istifadəsinə qaytarılmasını, uşaq meydançası və parklama yerlərinin bərpasını, təhlükəsizlik və gigiyena risklərinin aradan qaldırılmasını tələb edirlər.

Qaynarinfo


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 607   Tarix: 23 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

13:08 170
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

15:11 162
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 452
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

1
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

18:15 1
.

Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?

"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki

11:42 181
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 176
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 167
.